Qonaq Kitabı
OLA

Bir gözəl sevəsən boyu tamaşa,

Görən kimi könül ona bənd ola.

Gözəlliyi, gül camalı bir yana,

Dil-dodağı şəkər ola, qənd ola.

 

Bir gözəl sevəsən qaməti bəstə,

Görəndə aşiqi eyləyə xəstə,

Çoxdan axtarıram bir elə kəs də,

İşarə anlaya, dərdimənd ola.

 

Mən Qasımam, əl göturməm canandan,

Canan qarşı gəlsə, keçərəm candan.

Rəngi artıq ola güldən, reyÒ»andan,

Zülfləri boynuma bir kəmənd ola.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info