Qonaq Kitabı
SƏNƏM, GƏL

Tərifli gözəllər gəlÒ»agəl oldu,

Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!

Ovçunu görəndə maral baxışlı,

Ay üzü birçəkli, xallı Sənəm, gəl!

 

Aşıq odur bir söz desin özündən,

Aləm bada gedər ala gözündən.

Danışanda şəkər damar sözündən,

Qaymaq dodaqları ballı Sənəm, gəl!

 

Xəstə Qasım deyər: Ò»ənək Ò»ənəkli,

Ağ üzündə qoşa xallar bənəkli,

Ətlas nimtənəli, ipək köynəkli,

Üstü-başı tirmə şallı Sənəm, gəl!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info