Qonaq Kitabı
YADA SAL MƏNİ

Başına döndüyüm alagöz Pəri,

GaÒ»dan ağla, gaÒ»dan yada sal məni,

Qara bağrım şan-şan oldu, dəlindi,

GaÒ»dan ağla, gaÒ»dan yada sal məni.

 

Bağban idim, bağım təğayir oldu,

Gözüm gördü, ağlım təğayir oldu,

Xoryat əli dəydi, təğayir oldu,

GaÒ»dan ağla, gaÒ»dan yada sal məni.

 

Mən sənə can dedim, sən də mənə can,

Alış eşq oduna, mənim kimi yan,

Adım Aşıq Abbas, yerim Tufarqan,

GaÒ»dan ağla, gaÒ»dan yada sal məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info