Qonaq Kitabı
NƏ GÖZƏL İMİŞ

Bir gün bir nazənin gəldi gülzara,

Gülgəz simaları nə gözəl imiş.

Qanovuz köynəyi, atlaz qoftası,

Yaşıl basmaları, nə gözəl imiş.

 

Yoxdur bərabərin sənin dəÒ»rdə,

Nə insanda, nə zərbafda, nə zərdə,

Yaşılbaş sona tək titrəşir sərdə,

Cığalı telləri nə gözəl imiş.

 

Söylədiyim sözlər layiqdir dosta,

Dostu görməyəndə qalıram yasda,

Saatı xoş vaxtda yaradan usta,

Çəkibdir xalları, nə gözəl imiş.

 

Aç Ò»üsnün kitabın oxuyum baş-baş,

Nəqqaşlar çəkmişlər nə gözəl qaş-daş,

Qucubdur zər kəmər qabağında qaş,

O qəddi dalları nə gözəl imiş.

 

Qurbanam cananın qələm qaşına,

Abbası salıbdır eşq ataşına,

Nişana alıbdır bağrım başına,

Sancıbdır milləri, nə gözəl imiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info