Qonaq Kitabı
OYNAR

Başına döndüyüm alagöz Pəri,

Öz-özünə qeyri Ò»alınan oynar,

CəvaÒ»ir mətahı, dür xiridarı,

Tutubdur dəstində, ləlinən oynar.

 

Sənsiz görüm xarab qalsın bu bağı,

Şeyda bülbül nə zövq eylər, nə zağı,

Zülfü dal gərdəndə açıb məzağı,

Ağ üzü münəvvər xalınan oynar.

 

Ay Abbas, Pərinin bəzi işləri,

Yorğun maral kimi xoş baxışları,

İncidən, sədəfdən, dürdən dişləri,

Ağzı süd, dodağı balınan oynar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info