Qonaq Kitabı
İNCİMƏSİN

Qədəm qoyub yar yanına gələndə,

Elə gəl, elə get, yol inciməsin,

Şəkər ləblərindən mənə busə ver,

Dodaq tərpənməsin, dil inciməsin.

 

Dərildi bostanlar, boş qaldı tağlar,

Könül istədiyin verməsən ağlar,

Ağ sinən üstündən darayı bağlar,

Heykəl arasından sal, inciməsin.

 

Bülbül fəğan eylər gül Ò»əvəsindən,

Qoşa nar asılıb yar sinəsindən,

Elə gəl, elə get bağ-bərəsindən,

Bülbüllər Ò»ürkuşüb gül inciməsin.

 

Gözəllər içində sən qızıl güllər,

Dolansın başına şeyda bülbüllər,

Əsmə, səba yeli, titrəmə çöllər,

Cığalar tərpənib tel inciməsin.

 

Abbas deyər: ağlayanlar güləndə,

Nazlı yar soruşub Ò»alım biləndə,

MərÒ»əmət eyləyib bizə gələndə,

Dola gərdəninə, qol inciməsin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info