Qonaq Kitabı
DƏRBƏND

Ay camaat, gəlin tərif eləyim,

Nə əcəb düşübdür yeri Dərbəndin,

İsgəndər əlilə olub bərqərar,

Çəkilibdir burcu-barı Dərbəndin.

 

Mən gəlmişdim bu Dərbəndə qalmağa,

Bir tülək tərlanı ələ salmağa,

Düşmən öldürməyə, qisas almağa,

Qoçaq olur igidləri Dərbəndin.

 

Dərbənd dedikləri bağçadır, bağdır,

Alt yanı dəryadır, üst yanı dağdır,

Abbas deyər: əcəb meyvəsi çağdır,

Xəstəyə şəfadır narı Dərbəndin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info