Qonaq Kitabı
SINDIRAR

Bəd övladı əzəl başdan tanıram,

Çör-çöp yığar, yad ocağın yandırar,

SəÒ»ər durar ar-namusun gözləməz,

Suyu tökər, öz ocağın södürər.

 

Ulğun cuşa gəlsə, köpük yağ olmaz,

Söyüd bar gətirsə, bağça, bağ olmaz,

Zibil təpə olsa, küllük dağ olmaz,

Yel əsəndə alçaqlara endirər.

 

Abbas bu sözləri deyər sərindən.       

Arxı vurun, suyu gəlsin dərindən,

Söz bir olsa, dağ oynadar yerindən,

El bir olsa, zərbi kərən sındırar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info