Qonaq Kitabı
DEDİM, DEDİ

Dedim: dilbər, getmə bir dəm danışaq,

Dedi: sözün-yoxdur, bəÒ»anədir bu!

Dedim: bir nəzər qıl aşiq Ò»alına,

Dedi: əcəb dəli, divanədir bu.

 

Dedim: ey vay, halım yaman olubdur,

Dedi: qəmdən belim kaman olubdur.

Dedim: vallaÒ» sinəm meydan olubdur.

Dedi: mən bilmənəm xəzanədir bu!

 

Dedim: qoy gözumə qıvrım tellərin,

Dedi: lazım deyil vəÒ»şi güllərin.

Dedim: sən bizimsəm, biz də ellərin.

Dedi; çəkil burdan, biganədir bu!

 

Dedim: sana aşıq olan can budur,

Dedi: sənin eşqin axar bir sudur.

Dedim: cavan ömrüm çürüyüb gedir.

Dedi: əbəs sözdür, əfsanədir bu!

 

Dedim: mən Qurbanam yarın adına.

Dedi: elə sənsən düşən yadına.

Dedim: mən Ò»a yandım eşqin oduna.

Dedi; şəmə yanan pərvanədir bu!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info