Qonaq Kitabı
NƏDƏNDİR

Ey nazənin, bu gen, geniş dünyada,

Namusu əğyarə satmaq nədəndir?

Gər adına deyilmişsə şaÒ»ıbaz,

Söylə görüm, onu atmaq nədəndir?

 

Eylərəm Ò»ər yerdə sənin sorağın,

Gündən-günə artar bil iştiyağın,

Öz əlinlə yandırdığın çırağı,

Şöləyi-fəraqla yaxmaq nədəndir?

 

Hifz eyləsin tanrı səni bəladan,

Tapsın canın siÒ»hət, ey gül, şəfadan,

Hər ikimiz vəslə yetək duadan,

Hicranın oduna yanmaq nədəndir?

 

Nə gözəldir sənin şirin sözlərin,

Zail etdi məni ala gözlərin,

Ey sevdiyim, qaydasıdır qızların,

GaÒ»i, gaÒ»i bu söz atmaq nədəndir?

 

Sənə əyandır, ey dilbər, sevdiyim!

Qurbanidir, bir şey dilər, sevdiyim!

Ay üzünü görmək istər, sevdiyim!

Söylə görüm, bəs yaşınmaq nədəndir?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info