Qonaq Kitabı
TELLƏNİR

Gecə-gündüz vaxt-bivaxt ağlaram,

Çeşmim yaşı ceyÒ»un olur, sellənir,

Yaz mövsümü bülbül dil-dil ötəndə,

Bağ-bağçalar nərgizlənir, güllənir.

 

Qayıtmaq istəməz gözüm gözəldən,

Qayğımı artırar, dərdim təzəldən,

Ellərdə qaydadır ruzi-əzəldən,

Gözəllərin şamaması əllənir.

 

Mərd odur ki, işin tuta mərd ilən,

Ər istəsən, keç namərddən, ər dilən,

Rəmz anlayan, söz düşünən, dərd bilən,

Aləmlərdə şöÒ»rətlənir, bəllənir.

 

Könlüm tələb edib axtarır yarın,

Xalq içrə zay eylər namusun, arın,

Yar yarına gündə olsa vüqarin,

Könülü şən olur, ruÒ»u tellənir.

 

Qurbaniyəm, dərd çəkmişəm nəÒ»anlar,

Xəyalım sevməkdir səntək cananlar,

Yanaşsa üzünə müştaq dəÒ»anlar,

Nəfəs dəyər, cığaları yellənir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info