Qonaq Kitabı
İSTƏRƏM

Çoxdur caÒ»an içrə nazənin dilbər,

Özümə münasib yarı istərəm,

Ola tərlan gözlü, yanağı əsmər,

Mana olan etibarı istərəm.

 

Gözəllərin gərək incə belləri,

Qənddən, nabatdandır şirin dilləri,

Qoynunda isinə nazik əlləri,

MəÒ»əbbətin mana sarı istərəm.

 

Evlər yıxan ola, daneyi-xalı,

Bir dəm kəm olmaya məndən xəyalı,

Aya, günə bənzər ola camalı,

Həm də ola nəngü-arı istərəm.

 

Ey sevdiyim, gəl, kəs bu qalmaqalı,

Zail oldu aşığının kamalı,

Var-gəl ilə düzəltgilən sən Ò»alı,

Qurbani der: şux nigarı istərəm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info