Qonaq Kitabı
SEVİNSİN

Ey ağalar, bu dünyanın üzündə,

Təzəcə açılan güllər sevinsin,

Bir əyri çalmalı, xumar gözlünün,

Zülfünü dağıdan yellər sevinsin.

 

Gəlsin baÒ»ar fəsli, açılsın yazlar,

Göllərə tökülsün ağ quba qazlar,

Bəyzada oğlanlar, xanzada qızlar,

Yar ilə danışan dillər sevinsin.

 

Qurbaniyəm, mən sevərəm narıncı,

Yar-yar deyib oldum belə zarıncı,

Almanı, Ò»eyvanı, narı, turuncu,

Bu dördünü dərən əllər sevinsin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info