Qonaq Kitabı
MƏNDƏN

Dağlar, sənin ilə Ò»əmdəm olmada,

Əsirgərsən indi qarı da məndən.

Seyrağıbın o tənəli sözləri

Axır ayrı salar yarı da məndən.

 

Bu ilməyin, bu köynəyin, bu ağın,

Əzəl başdan bağbanıydım bu bağın,

Sinəm üstə çarpaz düyün bu dağın,

Bağban əsirgəyər narı da məndən.

 

Bu dünya dediyin bir boş ələkdir,

Haqqın minbir adı onda gərəkdir,

Qurbani der: bu nə çərxi-fələkdir,

Zülümlə ayrırlar yarı da məndən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info