Qonaq Kitabı
EYLƏDİM

Dost yolunda yaxa yırtdım, baş açdım,

Gecə-gündüz dadi-bidad eylədim.

Öz əlimlə yıxdım özüm evimi,

Müddənlər evin abad eylədim.

 

Dost yolunda üz qoyuban baş kəsdim,

Ağlamaqdan bu didəmdən yaş kəsdim,

Şirin uçün Bisutundan daş kəsdim,

Munasib adımı Fərhad eylədim.

 

ŞaÒ»ın-şonqar bəy oğlunun qolunda,

Sesyrağıblar Ò»əm sağında, solunda,

Qurbani der: bir namərdin yolunda,

Heyif, cavan ömrüm bərbad eylədim!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info