Qonaq Kitabı
BƏNÖVŞƏ

Başına döndüyüm ay qəşəng pəri,

Adətdir dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə bir dəstə bağla,

Tər buxaq altında düz bənövşəni.

 

Tanrı səni xoş camala yetirmiş,

Səni görən aşıq əqlin itirmiş,

Mələklərmi dərmiş, göydən gətirmiş,

Heyf ki, dəriblər az bənövşəni.

 

Qurbani der: könlum bundan sayrıdır,

Nə etmişəm, yarım məndən ayrıdır?

Ayrılıqmı çəkib boynu əyridir?

Heç yerdə görmədim düz bənövşəni.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info