Qonaq Kitabı
YARA ÜZ

Gözəl adam, gəl allaÒ»ı sevərsən,

Daldalanma, bir də görkəz yara üz!

Astana gör, yarın astanasında,

Qulluq eylə, xidmət eylə, yara üz!

 

Sağdan vurdu, soldan çıxdı sağ əlim,

Sağ qoşundu, sol ləşkərdi, sağ ələm,

Nagümanam mən bu dərddən sağalam,

Təbib birdi, dərd minbirdi, yara yüz!

 

Qurbanı der: bura gəldim yar üçün,

Kəs ciyərim, doğra bağrım yar üçün,

Yar odur ki, yardan sonra yar üçün,

Zülf dağıda, yaxa yırta, yara üz!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info