Qonaq Kitabı
GÖZ DƏYƏR SƏNƏ

Sallana-sallana gedən Salatın,

Gəl belə sallanma, söz dəyər sana,

Al, yaşıl geyinib durma qarşımda,

Yayın bədnəzərdən, göz dəyər sana.

 

Getmə, getmə, görüm kimin yarısan?

Hansı bəxtəvərin vəfadarısan?

Kölgədə bəslənmiş quzey qarısan,

SəÒ»ərin günəşi tez dəyər sana.

 

Qurbani der: Ò»eç kəs yarın öyməsin,

Düymələ yaxanın çarpaz düyməsin,

Dəstələ zülflərin, yerə dəyməsin,

Yollar qubarlanar, toz dəyər sana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info