Qonaq Kitabı
EYLƏRLƏR

Bu zamanda, ilqar Ò»anda,

Aşnaları yad eylərlər.

Yeyərlər nanü-nəməki,

Beş gündə bərbad eylərlər.

 

Yaram sızlar, təbib naşı,

Didəmdən axıdır yaşı.

Yar yolunda verrəm başı,

Bilsəm ki, imdad eylərlər.

Mənim yarım fitnə qaşlı,

Cigərim tuğyan ataşlı.

Dostu qoyub gözu yaşlı,

Düşmənləri şad eylərlər.

 

Məcnun kimi divanəni,

Şəm yandırır pərvanəni.

Xəstə Qasım biçarəni,

Öldürübən ad eylərlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info