Qonaq Kitabı
KİMİ

Nə baxırsan oğrun-oğrun,

Mənə biganələr kimi,

Durum dolanım başına,

Şama pərvanələr kimi.

 

Bağbanlar bəslər meyini,

Dönsün seyraqub löyünü,

Yıxıbsan könlüm öyünü,

Top dəymiş qalalar kimi.

 

Gəl gedək Çinə, Maçına,

Qurbanam zülfün ucuna,

Al məni qoynun içinə

İstəkli balalar kimi.

 

Dost qapısında dustağam,

Tellərinə çox müştağam.

Yar əlindən düyün, dağam,

Dağdakı lalələr kimi.

 

Xəstə Qasım Tikmədaşlı,

Könül qəmli, gözü yaşlı,

Göldən uçdu yaşıl başlı,

Silkindi sonalar kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info