Qonaq Kitabı
ÇIXARIR

İsfaÒ»anda bir dəllək var,

Baş qırxanda zol çıxarır,

Ətindən az-az göturür,

Dərisini bol çıxarır.

 

Ayağını qoyur qoşa,

Ülgücünü çəkir daşa,

Zərbi elə gəlir başa,

Tikmədaşa yol çıxarır.

 

Bir fitəsi vardır bezdən,

Durub gəlir səÒ»ər tezdən,

Ları Ò»aqqın alıb bizdən,

Yenə acı dil çıxarır.

 

Ulgücünü çapışdırır,

Suyu tasdan qapışdırır.

Kəsir pambıq yapışdırır,

Başımızdan kol çıxarır.

 

Bu usta necə ustadı,

Həmişə gözü tasdadı,

Xəstə Qasım can üstədi,

Elə bilir pul çıxarır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info