Qonaq Kitabı
YOXDUR

Ay qəsrdə duran gözəl,

Niyə təksən, elin yoxdur?

Niyə pozğundu tellərin,

Əl şanada, telin yoxdur?

 

Mən gəlirdim dağdan-daşdan,

Sinəm yanır qəm-ataşdan,

Ayrılmısan yaşıl başdan,

Tək sonasan, gölün yoxdur?

 

Gəl dərdin Qasıma söylə,

Bağrımın başını teylə,

Qonağa xoş gəldin eylə,

Yoxsa, lalsan, dilin yoxdur?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info