Qonaq Kitabı
YAR DÜŞDÜ, YAR DÜŞDÜ

Ay Ò»əzarat, ay camaat,

Dağa qar düşdü, qar düşdü.

Özüm qaldım qürbət eldə,

Yada yar düşdü, yar düşdü.

 

Gedin deyin anasına,

Sığal versin sonasına,

Yar, sinənin arasına,

Bir cüt nar düşdü, nar düşdü.

 

Xəstə Qasımı qəm basdı,

Yar bizi zülfündən asdı,

Şeyda bülbül güldən küsdü,

Gülə xar düşdü, xar düşdü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info