Qonaq Kitabı
GETDİ

Gecə-gündüz qan ağlaram,

Göz yaşım ümmana getdi,

Şirin canım yar yolunda,

Olmağa qurbana getdi.

 

Doymadım yarın dilindən,

Qucmadım incə belindən,

Aldılar yarı əlimdən,

Qarğana-qarğana getdi.

 

Hər nə oldu mənə oldu,

Qaynadı peymanəm doldu,

Desələr, Abbas necoldu?

Deyin, Tufarqana getdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info