Qonaq Kitabı
EYLƏSİN

Duman, gəl get bu dağlardan,

Dağlar taza bar eyləsin,

Nə gözlərim səni  görsün,

Nə könlüm qubar eyləsin.

Haşa, sevdiciyim, Ò»aşa,

Deyilənlər gəldi başa,

Bir yandan özün tut daşa,

Bir yandan el car eyləsin.

 

Abbas ağlar zarı-zarı,

Getməz könlünün qübarı,

İlqarından dönən yarı,

Tanrı tezbazar eyləsin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info