Qonaq Kitabı
DİLBƏR

Uca dağların başına,

Qorxuram qar yağa, dilbər!

Aldın ağlımı başımdan,

Saldın dağdan-dağa, dilbər!

 

Güllərin içində güləm,

Oxuyan şeyda bülbüləm,

Mən bir qolu bağlı qulam,

Sən olmusan ağa, dilbər!

 

Güllərin içində xaram,

Gül üzünə intizaram,

Mən əvvəlki köÒ»nə yaram,

Dolan soldan sağa, dilbər!

 

Sən arısan, mən də şana,

Dərdindən oldum divana,

Saldırmısan bəndərxana,

Dolan gəl otağa, dilbər!

 

Qul Abbasın gözü səndə,

Olmuşam divanə mən də,

Bir cüt şamama sinəndə.

Endir tağdan tağa, dilbər!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info