Qonaq Kitabı
BİLMƏRƏM

Başına döndüyüm Pərim,

Get Pərim, gələ bilmərəm.

Sənə kömək olsun tanrım,

Get Pərim, gələ bilmərəm.

 

Peymanələr dolmayınca,

Gülgəz rəngim solmayınca,

ŞaÒ»dan izin almayınca,

Get Pərim, gələ bilmərəm.

 

Usta ol, ustanı tanı,

Üstümüzdə durub qanı,

Qul Abbasın din, imanı,

Get Pərim, gələ bilmərəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info