Qonaq Kitabı
KÖNLÜM

Nə ağlarsan, nə sızlarsan,

Bir dərdi beş olan könlüm!

Axırda zünnar bağlarsan,

Qəmə yoldaş olan könlüm!

 

Bir yar gəlir obasından,

Alım dərdü-bəlasından,

Çərxi-fələk badasından,

İçib, sərxoş olan könlüm!

 

Abbas ağlar arsız-arsız,

Dünya olub etibarsız,

Deyirdin, dözərəm yarsız,

Döz, bağrı daş olan könlüm!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info