Qonaq Kitabı
YAR GƏLMİR

Oğrun yollara baxmaqdan,

Bağrım qan oldu, yar gəlmir,

Ağlamaqdan eynim yaşı,

Sel, ümman oldu, yar gəlmir.

 

Mənim yarım boyu bəstə,

Dərdindən olmuşam xəstə,

Yəqin çıxıbdır taxt üstə, 

Yoxsa xan oldu, yar gəlmir.

 

Dağların qarı söküldü,

Axdı çaylara töküldü,

Abbas deyər, bel büküldü,

Qədd kaman oldu, yar gəlmir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info