Qonaq Kitabı
VAXTIDIR

Budur gəldi baÒ»ap fəsli,

Dağların lala vaxtıdır.

Açılıbdır qızıl güllər,

Bülbülün bala vaxtıdır.

 

Bülbüllər dolanır bağı,

Bir xəlvət eylə otağı,

Sənə qurban olum saqi,

Mey ver, piyala vaxtıdır.

 

Mən Abbasam, boyu bəstə.

Dərdindən olmuşam xəstə,

Al başımı dizin üstə,

Çək yataq, layla vaxtıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info