Qonaq Kitabı
PƏRİM GƏLSİN

Nə əcəb sevdaya düşdüm,

Deyin, bundan Pərim gəlsin!

Əcəl, şərbətini içdim,

Deyin, bundan Pərim gəlsin!

 

Dağların başı dumandı,

Didəmin yaşı ümmandı,

Bu gələn ŞaÒ»i-Xubandı,

Deyin, bundan Pərim gəlsin!

 

Yolunda qoymuşam canı,

Kirpikləri tokər qanı,

Bu gələndi ŞəÒ»ribanı,

Deyin, bundan Pərim gəlsin!

 

Əyninə geyib qırmızı,

Yalav-yalav yanır üzü,

Bü gələn vəzirin qızı,

Deyin, bundan Pərim gəlsin!

 

Mən ağlaram zarı-zarı,

Bu zülmü götürməz tanrı.

Bu gələn Qurbani yarı,

Əcəb gəlsin, Pərim gəlsin!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info