Qonaq Kitabı
DİLBƏR

Durub dolanım başına,

Aşığından küsən dilbər!

Gözlərini tik gözümə,

Nə mən dinim, nə sən, dilbər!

 

Mina qəldin zəbərcəddi,

Nə desəm cana minnətdi,

El köçüb, otaq xəlvətdi,

Gəlsən alam busən, dilbər!

 

İtirmişəm maralımı,

Bir sinəsi yaralımı,

Gündüz səbr-qəralımı,

Gecə yuxum kəsən, dilbər!

 

Qurbani özünə bəydi,

Yar Ò»əsrəti qəddin əydi,

Nə dedim xətrinə dəydi,

Bu mən dilbər, bu sən, dilbər!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info