Qonaq Kitabı
EYLƏMƏK OLMAZ

Nazlı dərviş, naz eyləmə,

Belə naz eyləmək olmaz,

PünÒ»an sözum vardı sana,

El içində demək olmaz.

 

Dərdim söylə bilənlərə,

Dərd başına gələnlərə,

Hir üzüvə gülənlərə,

Etibar eyləmək olmaz.

 

Dərviş ol dərvişlər ilə,

Haqqa layiq işlər ilə,

Heç sınanmamışlar ilə,

Düz rəftar eyləmək olmaz.

 

Qurbani der: gətir məzə,

KöÒ»nə dərdim oldu təzə,

Dərd biləni dərd bilməzə,

Giriftar eyləmək olmaz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info