Qonaq Kitabı
GƏLİRƏM MƏN

Heç gəlmirsən bulaq üstə,

Gündə üç yol gəlirəm mən.

Üzümə soyuq baxırsan.

Ürəyini bilirəm mən.

 

Kaş ki, gözəl olmayaydın!

Saralıban, solmayaydın,

Mənnən aşna olmayaydın,

Ayrılanda ölürəm mən.

 

Gül dibini xara qoydun,

Bülbülü aÒ»-zara qoydun,

Qurbani biçarə qoydun,

Gedirsən get, gəlirəm mən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info