Qonaq Kitabı
GƏLDİM

Yar, səni ədalət bildim,

Mən qapına dada gəldim,

Çox cəfa çəkdim yolunda,

Ömür verdim bada gəldim.

 

Ləbin içib çeşmim qanı,

Olmuşam cəllad qurbanı,

Qoynudu əttar dukanı,

Nə əcəb bu dada gəldim.

Qurbanidi mənim adım,

Mövlamdan aldım muradım,

Sinəndi çarşım, bazarım,

Şəkərə, nabata gəldim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info