Qonaq Kitabı
ATDI MƏNİ

Ay ağalar, ay qazılar,

Yar yaman allatdı məni,

Əl atdım yarın dəstinə,

Yar kənara atdı məni.

 

Tor qurdum çeşmim gölünə,

Qurbanam sonam telinə.

Düşdüm dilbilməz əlinə,

Aldı, ucuz satdı məni.

 

Qurbanidi mənim adım,

Adəm atadı bünyadım,

Şeş atdım, çaÒ»ar oynadım,

Axır fələk uddu məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info