Qonaq Kitabı
MÜƏLLİFİ MƏLUM OLMAYAN BAЈATILAR

Ocağa odun qala,

Od gətir, odun qala,

Qorx (-a) (+u)ram düşəm öləm,

Canımda odun ğala.

 

Piyalən (+ay) kim ola,

Doldur ver (+af), kim ola,

Qorx (+ur) am duşəm öləm,

Ağlıyan (-ım) (+ay) kim ola?

Yol (+um) düşdu Xalxala,

Sən də gəl, (+ay) Xalxala,

Can verdim, dost qazandım,

Qoyarammı xalx ala?

 

Yol düşdü Ò»a Muğana,

Sən də gəl, ha Muğana,

Şana bir muy üzübdür,

Düşmüşuk Ò»amı qana.

 

Qarşıda ay ağladı,

Bulut yox, ay ağladı,

Ay der: gün boğazdiyəm,

Gün deyir: ay ağdadı.

 

Vermə xazara bəni,

Çəkər bazara bəni,

Yada kəniz verincə,

Salla məzara bəni.

 

Apardı tatar bəni,

Qul edib satar bəni,

Bafalı yarım olsa,

Axtarar tapar bəni.

 

Qızıl gül olmayaydı,

Saralıb solmayaydı,

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı.

 

Gözlərin xumar indi,

Yaş tökər, yumar indi,

Gözüm bir göz görübdür,

Aşnalıq umar indi.

 

Dərya, səndən kim keçdi,

Kim qərq oldu, kim keçdi,

Yadıma kimlər düşdü,

Xəyalımdan kim keçdi.

 

Bu dağlar yasdı dağlar,

Su gəldi basdı dağlar,

ç ay (+ı) toy-bayramlı,

Doqquz ay yasdı dağlar.

 

Bu dağlar, (-ay) ulu dağlar,

Çeşməli, sulu dağlar,

Bu yerdə (-bir) qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

 

Bu dağlar meşə dağlar,

Gülü bənövşə dağlar,

İstərsən bir aÒ» çəkim,

Dönəsən daxşə, dağlar!

 

Arazı ayırdılar,

Qum ilən qayırdılar,

Mən səndən ayrılmazdım,

Zülm ilən ayırdılar.

 

Dəryada dəryalıqlar,

Suda oynar balıqlar,

Nə belə dostluq olsun,

Nə belə ayrılıqlar.

 

Arazın altı novlar.

Xan gələr altun ovlar,

Qurbanam o gözlərə,

Buxağın altın ovlar.

 

Bağdadda xurmalıqlar,

Şətdə oynar balıqlar,

Nə belə vüsal olaydı,

Nə belə ayrılıqlar.

 

Çayda balıq yan gedər,

Açma yaram, qan gedər,

Həkim, təbib neyləsin,

Əcəl gəlib, can gedər.

 

Əziziyəm, nəmən dad,

Ağ üzundən nə mən, dad!

Sən ol ədalətli şaÒ»,

Nə sən dad et, nə mən dad.

Əzizi (+yə) m, badam qız!

MəÒ»lənizdə yadam, qız!

Bircə (-də) yüzünü görsəm,

İllərəcən şadam, qız!

 

Əzizi (+yəm) m, qalasız,

Burç olamaz qalasız,

Mən ki, getməli oldum,

Sağlıq ilə qalasız.

 

Əzizim, xalx eylədi,

Bağrımı talx eylədi,

Mən səndən ayrılmazdım,

Qırılmış xalx eylədi.

 

Əzizim, meÒ»ribandı,

Qaş gözə meÒ»ribandı,

Məndən yad olan gözün,

Gör kimə meÒ»ribandı.

 

Əzizim, Dilimandı,

Xoy, Salmas, Dilimandı,

Gözəllik bəÒ»si düşdü,

Səni çox dilim andı.

 

Əziziyəm, qalx indi,

Tər canımdan qalxındı,

Ayrıldıq, ayrı düşdük,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info