Qonaq Kitabı
HADI, HUDU, KOR OĞLU KOSA, BİR DƏ MƏN

Hadıydı, Huduydu, Kor oğlu Kosa idi, bir də mən. Ova çıxmışdıq. Qabağımızdan bir dovşan qaçırdı. Hadıya dedim:

- Tüfəngin var?

Huduya dedim:

- Tüfəngin var?

Kor oğlu Kosaya dedim:

- Tüfəngin var?

Heç kimin tüfəngi olmadı. Özüm çaxmağıyox tufəngi çiynimdən aşırdım. Hadıya dedim:

- Ata bilirsən?

Huduya dedim:

- Ata bilirsən?

Kor oğlu Kosaya dedim:

- Ata bilirsən?

Heç biri ata bilmədi. Özüm çaxmaqıyox tüfənglə dovşanı yerə sərdim. Hadıya dedim:

- Dovşanı soy!

Huduya dedim:

- Dovşanı soy!

Kor oğlu Kosaya dedim:

- Dovşanı soy!

Heç biri soymadı. Soymaq üçün bıçaq gərək idi. Hadıya dedim:

- Bıçağın var?

Huduya dedim:

- Bıçağın var?

Kor oğlu Kosaya dedim: 

- Bıçağın var?

Heç birində bıçaq olmadı. Özüm tiyəsiyox bıçağın sapını cibimdən çıxardım, dovşanı   soydum, Hadıya dedim:

- Qazanın var?

Huduya dedim:

- Qazanın var?

Kor oğlu Kosaya dedim:

- Qazanın var?

Heç birinin qazanı olmadı. Özüm altıyox bir qazan tapdım. Hadıya dedim: 

- Bişirə bilərsən?

Huduya dedim:

- Bişirə bilərsən?

Kor oğlu Kosaya dedim:

- Bişirə bilərsən?

Heç biri bişirə bilmədi. Özüm altıyox qazanda dovşanın ətini qovurdum. Hamımız yedik, doyduq, Ò»ələ artıq da qaldı. Artığını da bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi. Bu xoruzu mindik, yola düzəldik, qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan. Palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük, Ò»amısı yalan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info