Qonaq Kitabı
YALAN-PALAN

Hamam Ò»amam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köÒ»nə Ò»amam içində. Belə rəvayət etmişlər ki, o zamanda aynan, bu zamanda günnən, sallaÒ»xana altında, ot yandıranın Ò»əyətində, çaqqallar ulaşanda, alabaş köpək mayallaq aşanda, qəbiristan tərəfdən milçək atlandı, sərdabaya zəlzələ düşdü; içindən bir ölü çıxdı, kəfəni əlində, başladı qışqıra-qışqıra evlərinə tərəf qaçmağa. O dəmdə ovçunun tüfəngi yox idi, odunçunun baltası yox idi, çobanın on dörd girvənkə dəyənəyi yox idi. Bazara bir it gəldi, boynunda xaltası yox idi, bir şapalaq çəkdilər, on doqquz mayallaq aşdı, zınqıldaya-zınqildaya zibilliyə tərəf qaçdı. Çatcağı zibillikdə başladı pişiklərlə qaytağı oynamağa. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi atlanıb üzük qaşı kimi yəÒ»ərin üstə bənd oldu. Birdən göy guruldadı, ildırım çaxdı, yeddibaş div nərilti ilə tənur eləyib qalxdı Ò»avaya. Bir qədər getdikdən sonra qara buludlar arasında Ò»avada yox oldu. O dəmlərdə yer üzərində bir şiddətli tufan, toz nümayan oldu. Tozun arasından bir nəÒ»əng dağ çıxdı. Dağ nimşəqq olub arasından səksən yeddi min əcinnə əllərində məşəl yana-yana uz qoydular qaçmağa, mənzilbəmənzil, teyyi mənazil getdilər. Keçəl Qulaməlinin mənzilinin qabağından sürətlə keçdilər. Övzan belə görən Keçəl Qulaməli eləmədi tənbəllik, əlinə bir yaba aldı, bir mayallaq, iki mayallaq vurub əcinnələrin dalıycan atlandı. Al sənə xəbəri kimdən, Ağa Sonqulu xan darğa başı ilə vəzir AllaÒ»verdi xandan. Nizəyi-səncənans əllərində, cida yanlarıycan, Babayi Əmir əlində tiri-kaman-vələdəzzinə şeytanı qova-qova dik dırmaşdılar dağın başına, orda-burda, dərədə-təpədə, çayda, göldə, əlqərəz, tuta bilmədilər, kor-peşman geri qayıtdılar.

Küləkli dərənin dibində qarışqa şıllaq atdı, dəvənin buynuzu sındı, düşdü dəryaya, üzə-üzə getdi Həştərxana, on gündən sonra xəbər gəldi ki, dəvənin buynuzu Həştərxanda Əmircan-Qulu Ò»amamında ayda on beş tümənə camadarlıq eləyir. Günlərin bir günündə ŞaÒ» Abbasın öyündə, toyuqların Ò»inində, Fatma xalanın tinində, Toyuqyeyən Ò»amamının günbəzinin üstündə xoruz banlayanda, Çərkəz xalanın təndirində yeddibaş divin anası çörək yapan yerdə yumbalandı təndirə, batdı küpə, çəÒ»əmnəmə vasil oldu.

Cuma bazarının içində, Dərəbizon çölünün otrasında, at dəllalxanasının bərabərində, Qafur Əfəndinin karvansarasının dalında gecənin bir aləmində dəvə bostana girdi, başladı şıllaq atmağa, səksən doqquz kudunu, doxsan doqquz balqabağı, əlli doqquz qarpızı Ò»əlak elədi, on beş şamamanı candan saldı. Günlərin bir günündə, günortanın vaxtında, istinin aləmində, əsrin zamanında Axsaq Mirzənin bostanında qırxlotular şirin qarpız yeyirdilər, birdən ŞaÒ» Abbas çənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan, yeddi dəyirman, on doqquz nəməkdan, on yeddisi sınıq-salxaq, ikisi əngəl-məngəl, neyləyək bunları? Qırx doqquz dənə kirayəyə xoruz tutduq, Ò»ər biri on dörd tümənə. Bəli, qarışqalar yığışdı nəməkdanları xoruzlara suvar etdilər. Əlqərəz, göndərdik bunları yaxın şəÒ»ərə, İsfaÒ»ana pinəçiyə, ancaq nəməkdanların Ò»alı çox pərişanıdı, bir qədər getdikdən sonra donmuşdular, qaşdan ləl-cəvaÒ»irat deyim, yaqut, bəlkə laÒ»itiyə dönmüşdülər. Hələ İsfaÒ»ana çatar-çatmaz yerdə dağın damənindən on doqquz dənə tülkü Ò»ücum elədi xoruzların üstünə. Xoruzlar əÒ»valatı belə görəndə pərən-pərən düşdülər. Tülkülər sürətlə çatcağın birini qamarladı, Ò»ərəsi birini süpürlədi, çəkdilər dağın dibinə, bir saniyə ərzində soydular, bütün-bütünə uddular, dərilərinə saman təpdilər, qarınlarında Ò»əll etdilər, tüklərini göylərə pərən-pərən etdilər, külə döndərdilər. Tülkülər dağın dibindən rədd izaleyi-nəcasət oldular. Günlərin bir günündə, Çopur Əlbəndənin tinində, özümüz it günündə kəlləpəzlik edirdik. Hadıydı-Ò»uduydu, mənidim. Òºadı bir tüfəng götürdü çaxmağı yox. Hudu bir tüfəng götürdü lüləsi yox. Mən bir tüfəng götürdüm Ò»eç tüfəngə oxşamırdı. Getdik ova. Gördük göydən üç dənə quş gəlir, birinin başı yox, birinin qıçı yox, biri Ò»eç quşa oxşamır, Hadı atdı vura bilmədi, Hudu atdı boşa getdi. Mən atdım, danq, quşa oxşamayana, kəlləmayallaq gəldi yerə, kəsdik başını, gördük bir iri qazdı. Götürdük qazı. Gəldik gördük bir qarı var, dedik:

- Qarı, bizə bir qazan.

Qarı dedi:

- VallaÒ», doqquz otağım var, səkkizi bomboşdu, birində də doqquz qazan var, üçü parça-parça, ikisinin altı yox, ikisinin qapağı yox, birinin yanı yox, biri də qazana oxşamır. Qazana oxşamayanda quşu bişirdik, dəni getdi, suyu qaldı. Suyundan o qədər yedik ki, yarımqarın olduq, ancaq motalımız dolmadı. Getdik doniz qırağına, çarıqçı Bəşirin dükanına. Hadı bizə bir cüt peşkeş çarıq aldı. Hadı çarığın geydi, Hudu çarığın geydi, mən çapığımın birin geydim, o birisini geyəndə bir külək qopdu, aldı çarığı əlimdən atdı dəryaya. Biz getdik dalıycan, çatdıq lap ləpədöyənə, gördük çarıq əmi baş vurdu, ləpədöyəndən getdi dəryanın tən ortasında dırnağı üstə dayandı, bir nərə çəkdi, dənizdəki Ò»eyvanlar tələf oldular. Ozan belə görəndə atlandı, Hudu  atlandı, tazılar atlandı, mən atlandım, çarığım dalınca sürətlə başladıq üzməyə. Üç

gün üç gecə yol getdik, çarığı tuta bilmədik. Çarıq gülə-gülə itdi. Kor-peşman qayıtdıq. Üç Ò»əftədən sonra xəbər gəldi ki, çarıq əmi Ərdəbildədi.

Dedilər:

- Əkin əkib, gəlin, biçin.

Soruşduq:

- Əkinin boyu necədi?

Dedilər:

- Yer, göy tutmayır. Bir dənə nər dəvə əkinin içində şıppıltıynan itir.

Dedik:

- Beş dəqiqədə gəlirik.

Üç kəÒ»ər at tutduq, üç dənə dəryaz. Süvar olduq atların üstünə, dəryazları qaldırdıq Ò»avaya, gözlərimizi yumduq, bir qamcı çəkdik atlara, mis səsi verdi, sürətlə getdik, göz yumub-açınca Ərdəbilə çatdıq. Atlardan düşdük, əkinə baxdıq, məəttəl qaldıq. Hadı sağdan, Hudu soldan, mən qabaqdan vurduq özümüzü dəryayi-əkinə, başladıq yeyin-yeyin biçməyə. Yeddi gün, yeddi gecə əkin biçdik, dayanmadıq qurtardıq. Üç gün, üç gecə dərz bağladıq. Hadıynan Hudu papiros çəkdilər, ancaq mən binəsibəm. Qabağımızda qaz şorbası, kefimiz saz, damağımız çağ, aftafa dolu su, bir qanmaz boşaldıb, iyirmi beş piliy neft tökdük aftafaya. Hadı papirosun yandıranda bir od düşdü zəmiyə, zəmi durdu yanmağa. Hadı dedi:

- Ay Ò»udu, mən tənbəllik eləyirəm, aftafanın suyunu tök zəmiyə sönsün.

Òºudu suyu tökəndə zəmi gur-gur yanmağa başladı. Biz atlarımızı götürüb dala çəkildik. Zəmi on yeddi gün, on yeddi gecə gurÒ»agur yandı, döndu külə. Dörd gün külü qoyduq soyumağa. Soyuyandan sonra girdik külün içinə, başladıq gəzməyə. Üç gün yarım külün içində çayıllıq elədik, axtardıq, bir sandıq çıxdı. Sandığı açdıq, içindən bir palaz çıxdı, palazı açdıq, qətbəqət kağız çıxdı. Kağızın Ò»ər biri palaz boyda, küçə boyda, şəÒ»ər boyda. Oxuduq palan-palan, yalan-palan oldu. Əlli beş gün, əlli beş gecə kağızı oxuduq, hamısı yalan, taxta palan, Ò»eç belə yalan görməmişdim. Nə ki söz danışdım, Ò»amısı oldu yalan. Siz yalandan feyziyab oldunuz, mən də çənə yordum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info