Qonaq Kitabı
KOS-KOSA

Bayram günlərində cavanların, uşaqların ən sevdiyi, çox yayılmış oyunlardan biri də «Kos-kosa»dır. Cavanlar bir yerə toplaşırlar. Bir nəfər zirək, Ò»azırcavab oğlana tərsinə kürk geyindirirlər, üzünü möÒ»kəm-möÒ»kəm unluyur, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir, qapı-qapı gəzdirib oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu maÒ»nını oxuyurlar:

 

Ay kos-kosa, gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

 

Ay uyruğu-uyruğu,

Saqqalı it quyruğu,

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər,

Yığar bayram xonçası,

Hər yerdə düyün eylər.

 

Novruz-novruz baÒ»ara,

Güllər-güllər nübara,

Bağçanızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olmasın, yağ olsun,

Evdəkilər sağ olsun,

Xanım dursun ayağa,

Kosaya pay versin ağa.

 

Mərmər Ò»ovuzun dörd qırağında,

Bülbüllər oxur şax budağında,

Hər nə istəsəm xudadan allam,

Dəllək dükanın yadıma sallam,

Dəllək dükanı tamam çıraqban,

Nağara çalıb kəsərik qurban.

 

Qurbanın olum, yaşıl çuxalı,

Dərbəndli isən, yoxsa buralı?

Bağçanızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olmasın, yağ olsun,

Evdəkilər sağ olsun,

Xanım, ayağa dursana,

Kosaya pay versənə.

 

MaÒ»nı qurtaran kimi kosa «kosa öldü», - deyib, yerə yıxılır. Bu zaman ona aşağıdakı kimi suallar verib cavab alırlar:

- Kosa, Ò»aradan gəlirsən?         

- Dərbənddən. 

- Nə gətirmisən?

- Alma.

- Almanı neylədin?

- Satdım.

- Pulunu neylədin?

- Öküz aldım.

- Öküzü neylədin?

- Vurdum, öldü.

Kosanın bu sözündən sonra yoldaşları birlikdə bu maÒ»nını oxuyurlar:

 

Başın sağ olsun, kosa,

Ərşin uzun, bez qısa,

Kəfənsiz ölməz kosa.

 

Bundan sonra da kosaya çoxlu suallar verib cavab alır, bu maÒ»nını oxuyurlar:

 

Bazarda Ò»əsir, Məlik Salmanı,

Göydə yel əsir, Məlik Salmanı,

Kosam tələsir, Məlik Salmanı.

Kosanı tez yola sal,

Onun ürəyini al,

Qoy desin salamat qal!

 

Ev yiyəsi yerindən gec dursa, oyunçular ağız-ağıza verib deyirlər

 

Ay kos-kosa, gəlmisən,

Gəlmisən meydana sən,

Almayınca payını,

Çəkilmə bir yana sən.

Beş yumurta payındı,

Olmaya almayasan.

Mənim kosam oynayır,

Gör necə dingildəyir,

Ona qulaq asanın

Qulağı cingildəyir.

Mənim kosam canlıdı,

Qolları mərcanlıdı,

Kosama əl vurmayın,

Kosam ikicanlıdı.

Əmiri bərk başında,

Qələm oynar qaşında,

Yüz əlli beş yaşında,

Lap, lap cavandı kosam!

 

MaÒ»nıdan sonra kosaya pay verirlər. Oyunçular kosanı o biri evə aparırlar. Belə-belə bütün evləri gəzir, yığdıqları şeyləri düzəltdikləri evə gətirir, şənlik keçirirlər.

Sonra iki nəfər kosa olur. Òºərəsinin qarnına bir yastıq bağlayırlar. Əllərinə isə yekə ağac verirlər. Keçi donuna salınmış bir adamı ortaya çıxarırlar. Keçinin yanında da bir adam olur. Kosalardan biri bu adama deyir:

Qardaş, bu keçini satırsanmı?

- Bəli, satıram.

- Neçəyə verirsən?

Yayda lopuğa, qışda topuğa.

- Yaxşı, razıyıq, yayda gəlib lopuğunu alarsan, qışda da topuğunu.

Kişi keçini kosalara verib gedir. Kosalardan biri deyir:

- Keçi mənimdi.

O biri deyir:

- Yox, mənimdi.

Bunların davası düşur, bir-birinin qarnına ağacla budamağa başlayırlar. Hansı kosanın qarnına ağac dəyirsə, o, yerə yıxılıb yenə ayağa qalxır. Başları çarpışmağa qarışanda keçi qaçır. Kosalar birdən baxıb keçini görmürlər. Ondan-bundan keçini soruşurlar, gördüm deyən olmur. Yerə oturub ağız-gözlərini gülməli şəklə salıb ağlayırlar (oyun burada gülüşlər içində sona çatır).



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info