Qonaq Kitabı
ƏKƏNDƏ YOX, BİÇƏNDƏ YOX, YEYƏNDƏ ORTAQ QARDAŞ

Bayram günlərində, xüsusulə Xıdır Nəbi, Axır çərşənbə, Novruz bayramında keçirilən şənliklər zamanı ifa edilir. Sazandalar çalır, xanəndə oxuyur, adamlar oynayırlar. Məclisə kömək, məzəli tamaşa lazımdır. Bunlardan biri, ən məzmunlusu «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş» adlı xalq tamaşasıdır.

Oyunda iki qardaş, bir mülkədar, iki öküz iştirak edir, Sazandalar köməkçi rollardadır.

 

I

 

Tamaşaya başlamazdan əvvəl məclisi idarə etmək üçün blr nəfər bəy (toybaşı) seçilir. Bəy məclisdə asayiş yaradır, özünə bir neçə köməkçi götürür. Köməkçilər bəyin əmri ilə böyük bir meydança düzəldirlər. Meydançaya bir cüt qoyurlar. Bəzəməkdə məÒ»arəti olan xüsusi adam iki nəfəri geyindirir, üzlərinə un sürtür, qarınlarının üstündən, paltarlarının altından bir qalın yastıq qoyub üstdən örkən ilə bağlayır. Onların paltarlarından nal, çömçə asır, başlarına isə balqabaq, yaxud keçədən tikilmiş papaq qoyurlar. Adamları elə geyindirirlər ki, baxan kəs istər-istəməz gülməyə başlayır. Bundan əlavə, başqa iki nəfəri elə geyindirirlər ki, öküzə oxşayır. Paltardan, ağacdan öküz muqəvvası düzəldib ortaya salırlar.

Camaat cərgə ilə oturub aramsız gözləyir. Birdən kosa kimi geyindirilmiş iki nəfər iki öküzlə gəlib meydançaya çıxır. Bunlardan biri bərkdən qışqırır:

- Ay yer yiyəsi, ay yer yiyəsi!

Bir nəfər mülkədar paltarı geymiş qarnıyoğun, yekəbığlı adam çıxıb deyir:

- Ədə, pezi oğlu pezi, yavaş qışqırsana!

Kosalar mülkədarı görən kimi özlərini komik vəziyyətdə düzəldərək kürəklərini ona çevirib əsgəri təzim edirlər. Sonra kosalar mülkədara sarı çevrilib deyirlər:

- Başqa padşaÒ»ın ölkəsindən didərgin düşüb bura gəlmişik. Xali qalan torpaqlardan ver, Ò»aqqı nlə əkək.

Kosalar ikisi də danışır. Böyük kosanın acığı tutur, kiçiynin ağzına bir sillə vurub deyir:

- Ağsaqqal olan yerdə... saqqal danışmaz. Mətləbin qısası, bizə Ò»aqqı-bəÒ»rəsi ilə bu xali qalan yerdən ver, kasıblıq eləyək.

Mulkədar öskürüb bığlarını eşir, sonra onlara deyir:

- Təfriqə olduğunuz üçün yazığım gəlir, bu yerdən sizə verirəm. Ancaq gərək məÒ»sulun Ò»ər çuvalından bir çanağı sizin, qalanı mənim...

- Ay ağa, insafın olsun, mürvətin olsun, barı üçdə birini bizə ver.

- Mənim yerimin qiyməti elədir. İcarəyə götürmürsünüz, tez buradan əkilin, - deyə  mülkədar kosaları itələyib uzaqlaşmaq istəyir.

- Ay ağa, bir dayan, altıaylıq olma! Mümkündürsə, çuvala iki çanaq ver.

- Elə söhbət yoxdu. Tez buradan əkiliz...

- Yaxşı, razıyıq, onda bir cüt öküz, bir çüt də vəl ver.

- Yox, sizə bir arvad da verərəm. Bir zəy də vermirəm, kefinizdi qalın, kefinizdi gedin.

- Yaxşı, razıyıq, ancaq bu şərtnən ki, taxılın döyülməsi sənin Ò»esabına olsun.

Mülkədar özündən çıxıb onları itələyir:

- Yox, yox, olmaz, mən ancaq buğdanın durusundan götürəcəyəm. Deyəsən, alverimiz baş tutmayacaq. Yaxşısı budur, əkilib gedəsiniz.

- Ay canım, qoy sözümüzü qurtaraq. Yaxşı, sən deyən olsun.

Mülkədar meydançadan bir qədər yer ayırıb onlara verir, özü çıxıb gedir. Kosalar yeri əkməyə Ò»azırlaşırlar. Böyük kosa deyir:

- Qardaş, sən Ò»odaq ol, öküzləri sür, mən də majkal olum. Xirda qardaş öküzlərin yanına gəlir, əlini qoynuna qoyub kənarda durur. Böyük qardaş deyir:

- Qardaş, niyə ceÒ»izi bitməmiş qız kimi kənarda dayanmısan? Körpüdə karvanını kəsməyiblər ki, əlini qoynuna qoymusan? Sən öküzləri qoş, mən cütü Ò»azırlayım.

Xırda qardaş qaş-qabağını töküb, ağlamsına-ağlamsına cavab verir:

- Başım ağrıyır, azarlamışam.

Böyük qardaş öküzləri qoşur, Ò»əm macı tutur, Ò»əm də öküzləri sürür. Xırda qardaş da yerə uzanıb, üstünə bir cındır çapıt çəkərək yatır. Böyük qardaş yeri əkib öküzləri açır, tez qardaşının yanına yüyürüb deyir:

- Yazıq qardaşım səÒ»ərdən azarlayıb, Ò»ələ yaxşı olmayıb.

Əlini qardaşının alnına qoyur, sonra yenə oturur, bir dəsmal arasından çörək çıxardır, qabağına qoyur. Bir tikə ağzına almamış xırda qardaşı yerdən sıçrayıb əlini çörəyə atır, yeməyə başlayır.

- Qardaş, mən yaxşı oldum, - deyir.

Böyük qardaş bir neçə tikə almamış, xırda qardaş çörəyin Ò»amısını yeyib qurtarır.

- Qardaş sən lap yemək azarlısı imişsən ki? Vay dədə vay, məni də az qala yemişdin.

Birinci Ò»issə bununla bitir.

 

II

 

Həmin yerin üzərinə göy ot toküb çəmənlik, xəsillik kimi düzəldirlər. Qardaşlar əllərində bel gəlirlər. Onların yerişi, Ò»ərəkətləri, geyimləri adamları güldürur. Çarıqlarını çıxardıb bellərinə sancırlar, sonra qıçlarını çırmalayırlar. Böyük qardaş deyir:

- Qardaş, o tərəfi sən suvar, bu tərəfi də mən suvarım.

Böyük qardaş başını aşağı salıb zəmini suvarmaqda olur. Xırda qardaş böyük qardaşa diqqətlə baxır, bərkdən qışqırır:

- Vay dədə vay, bel ayağımı kəsdi, - deyə əlini gözlərinin üstünə qoyub yalandan ağlayır. Böyük qardaş beli yerə atıb onun yanına yüyürür, cındırdan-zaddan çıxarıb ayağını sarıyır. Xırda qardaş Ò»ərdənbir ayağını çəkib qışqırır:

- Ay, ayaqım ağrıyır, tərpətmə!

Böyük qardaş da üfürə-üfürə onun ayağını sarıyır. Sonra çox çətinliklə qardaşını dalına alıb, zəmidən kənara çıxarır, yerə uzadıb üstünə bir cındır örtür.

Böyük qardaş özü təkcə zəmini suvarır. İşini qurtarandan sonra qardaşının yanına gəlir, ona bir az yemək verir, dalına alıb aparır.

 

III

 

Düzə küləşdən, çöpdən sancırlar, yetişmiş zəmiyə oxşadırlar. Qardaşlar döşlərinə önlük, əllərinə əlcək, barmaqlarına barmaqlıq taxaraq çini götürüb gəlirlər. Böyük qardaş taxılı biçməyə başlayır, xırda qardaşı məcbur edir ki, o da biçsin. Xırda qardaş yalandan bir neçə əlcəm biçir. Sonra birdən:

- Vay dədə vay, sancılanmışam! - deyə qarnını qucaqlayıb yerə yıxılır, əllərini gözünə qoyub Ò»önkürtü ilə ağlayır.

Böyük qardaş belini yuxarı qaldırıb deyir:

- CəÒ»ənnəmə sancılan, gora sancılan, sənin kimi qardaşın  ölməsi qalmasından yaxşıdır.

Böyük qardaş acıqlı onun yanına gəlib bir neçə təpik də vurur, sonra qayıdıb özü təkbaşına biçməyində davam edir. Böyük qardaş biçə-biçə bir bayatı oxuyur:

 

Biçinçi bafa bağlar,

Biçdikcə bafa bağlar.

 

Böyük qardaş işini qurtarıb getmək istəyir, lakin ürəyi yanıb geri qayıdır. Bunu kiçik qardaş görür, bərkdən inildəməyə başlayır.

- Qardaşdır, birdən ölər, belimi sındırar. Deyəsən, gədə doğrudan naxoşlayıb, - deyə böyük qardaş onun başını dizi üstünə alır, alnından öpüb ağlayır. Onu çox çətinliklə dalına alıb aparır.

 

IV

 

Düzdə bir xırman düzəldirlər. Xırmanım içinə bir qədər kuləş tökürlər. Qardaşlar «öküzləri» gətirirlər, boyunlarına boyunduruq salıb qoşurlar. Böyük qardaş deyir:

- Qardaş, sən vəli sür, mən Ò»eşanı çevirim.

Xırda qardaş qaşqabağını tökə-tökə vəlin üstünə çıxır, böyük qardaş da yaba ilə Ò»eşanı çevirlr. Xırda qardaş bir neçə baş sürəndən sonra böyük qardaşın gözünü oğurlayıb qaçır, adamların dalında uzanıb yatır. Böyük qardaş Ò»eşanı çevirəndən sonra görür ki, xırda qardaş yoxdur. Çox axtarır, onu tapmır, axırda geri qayıdıb özü öküzləri sürür, döyüb qurtarır. İndi Ò»eşanı sovurmaq lazımdır. Xırda qardaş da başını küləşin üstünə qoyub yatmışdır. Milçəklər, ditdili onun üz-gözünü sancır. Dik atılıb, şapalaqla üzünə, boynuna vurur. O tərəf-bu tərəfə aşır. Milçək, ditdili onu raÒ»atlanmağa qoymur.

Böyük qardaşa kömək lazımdır. Heşanı tezcə çıxara bilmir. O, yenə qardaışını axtarmağa başlayır. Ora-bura, axırda tapır. Böyük qardaş onu tərpədıb çağırır. Kiçik qardaş da əli ilə boynuna, üzünə vurur, gözüyumulu deyir:

- Köpək oğlunun ditdilisi, milçəyi qoymur bir az yataq.

Böyük qardaş nə qədər çalışırsa, onu durğuza bilmir, axırda acıq eləyib deyir:

- Məndən taxıl alsan, öyünəsən...

Böyuk qardaş Ò»eşanı qurtarıb buğdanı xırmanın içinə toplayır. O, mülkədarın payını ayırır, yerdə qalanı çuvallara yığmaq istəyir. Bu zaman kiçik qardaş yerdən qalxıb xoruzlana-xoruzlana onun yanına gəlir:

- Qardaş, buğdanı bölək, mən payımı aparım, - deyə ağacını tovlayır.

Böyuk qarlaş onun üstünə qızıb deyir:

- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Sənə bir dən də vermərəm. Bəs indiyə qədər Ò»aradaydın?

- Sən öləsən, elə şey yoxdu, yarı böləcəyik, qardaş malı kimi. Razı olmasan, hamısını aparacağam.

- Aparmasan, özünə qurban olasan.

Çuvalın bir ucundan böyük qardaş, bir ucundan isə xırda qardaş çəkir. Axırda ağacları götürüb dava eləməyə başlayırlar. Onlar bir-birinin qarnına vururlar. Hər dəfə ağac dəyəndə yıxılırlar. Bu minvalla bir-birinə 15-ə qədər ağac çəkirlər. Axırda böyük qardaş kiçiyə elə bir ağac vurur ki, o, yerə yıxılır, qalxa bilmir...

 

V

 

Böyük qardaş geyinib-kecinmiş Ò»alda ortaya çıxır. Xırda qardaş isə cır-cındır içindədir. Xırda qardaş indi dilənçi olmuşdur. Hər kəsə əl açırsa, Ò»eç kəs ona kömək etmir, onu mənalı sözlərlə rədd edirlər. Öz qardaşına yanaşır.

Böyük qardaş: - Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş,  deyə kürəyini ona tərəf döndərib təsbeÒ» çevirə-çevirə gedir. Tamaşa burada bitir.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info