Qonaq Kitabı
TÜLKÜ İLƏ KƏKLİK

Bir Kəklik dağ başında oxuyurdu. Tülku onun səsini eşidib yanına gəldi, dedi:

- Ay Kəklik, sən ki belə gözəl quşsan, belə gözəl səsin var, elə Ò»əmişə oxuyursan? Bəs sən Ò»eç yuxulayıb yatmayırsan?

Kəklik dedi:

- Niyə yatmıram, əlbəttə ki, yatıram!

Tülkü dedi:

- İndi ki belədir, bir mənə göstər görüm, sən necə yatırsan.

Kəklik yatmağını Tülküyə göstərmək üçün gözlərini yumdu. Tülkü cəld sıçrayıb onu tutdu.

Kəklik gördü ki, Tülkü onu aldadırmış. Axmaqlıq edib onun Ò»iyləsinə inanıbdır. İndi Tülkü onu yeyəcək.

Başını Tülkünün ağzından çıxarıb dedi:

- Ay Tülkü baba, sən ki belə zirək Ò»eyvansan, belə cəld şikar tutursan, Ò»eç şikarı yeyəndə allaÒ»a şükür edirsən?

Tülkü cavab verdi:

- Necə ki eləmirəm, yaxşı eləyirəm.

Onda Kəklik dedi:

- İndi tutaq ki, sən məni yeyibsən, bir AllaÒ»a şükur elə görum, nə sayaq edirsən?

Tülkü ağzını açdı ki, şükür eləsin, Kəklik bu anda uçub qondu bir qayanın üstünə.

Tülkü vəziyyəti belə görüb dedi:

- Kəklik qardaş, sən ki mənim ağzımdan qurtardın, get, amma lənət gəlsin o adama ki,  şikarını yeməmiş AllaÒ»a şükür edə!

Kəklik cavabında dedi:

- Yaxşı deyirsən, Tülkü baba, o adama da lənət gəlsin kn, yuxusu gəlməmiş gözlərini yumub yatmaq istəyə!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info