Qonaq Kitabı
DƏVƏ İLƏ TİKAN

Bir dəvə çöldə otlayırdı. Yarpaqlanmış tikan koluna yaxınlaşıb, istədi onun yarpaqlarını yesin. Ağzını kola tərəf uzadanda gördü ki, onun içində bir ilan qıvrılıb yatıb. Dəvə geri qayıtdı.

Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi.

Dəvə kolun flkrini duyub dedi:

- Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info