Qonaq Kitabı
SİÇANLARLA PİŞİKLƏR

Siçanlar pişiklərin əlindən əzab çəkirlər. Oturub götür-qoy edirlər, bu qərara gəlirlər ki, bu bəladan xilas olmaq üçün bizə bir başçı gərəkdir.

Başçını seçirlər. Hamı onu tanısın deyə başına qızıldan buynuz da geydirirlər.

Bir dəfə pişiklər siçanlara Ò»ücum edirlər. Adi siçanlar o saat qaçıb yuvalarında gizlənirlər. Başçının işi isə müşkül olur. Qızıl buynuz qoymur ki, o, vaxtında başqa siçanlar kimi bir deşik tapıb gizlənsin. Pişiklər onu tutub yeyirlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info