Qonaq Kitabı
QURD, TÜLKÜ, ŞİR

Qurd, Tülkü, Şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Onlar Keçi, Maral, bir Dovşan ovlayırlar.

- Ovu sən böl, - deyə Şir Qurda müraciət edir. Ancaq insafla böl.

- Yaxşı, - deyə Qurd razılaşır. - Mən belə məsləÒ»ət görürəm ki, Keçini sənə verək. Dovşanı Tülküyə, Maralı da özüm götürüm.

Şir bunu eşitcək Ò»irslənib Qurdu parçalayır.

- İndi sən böl, - deyə Şir Tülküyə müraciət edir. Ancaq insafla böl.

Tülkü deyir:

- Baş üstə. Qoy Keçi səÒ»ər yeməyin olsun. Dovşan naÒ»arına, Maral isə şamına qalsın.

Şir deyir:

- Bax, bu oldu düz. Sənə belə insafla bölməyi kim öyrədib?

Tülkü deyir:

- Ey mənim Ò»ökmdarım, mənə bunu sənin qabağında parçalanıb uzadılmış Qurd qardaşım öyrətmişdir. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info