Qonaq Kitabı
OTLARIN BƏHSİ

Biri var idi, biri yox idi, bir Baldırğan var idi. Bu Baldırğan payız və qış aylarında yatardı, yaz və yay aylarında yüksək dağlara, sərin yaylaqlara gedərdi. Sərin sudan içərdi, qaymaqdan yeyib üç arşın qol-budaq atardı. Hər gün özünü öyüb deyərdi:

- Görəsən dünyada mənim kimi xoşbəxt varmı? Dünyanın kefi Ò»amısı məndə, gəlinlər, qızlar məni dərib yeyir. Məclislər bəzəyi, otlar yaraşığıyam. Mənim yanımda bal Ò»eç bir şeydir.

Günlərin bir günündə bir Xımı torpaqdan başını qaldırıb dünyaya baxırdı, Baldırğanın özünü öyməsini eşitdi. Bərkdən gülüb dedi:

- Ay Baldırğan, deyəsən özünü tək görmüsən? Məçlislər yaraşığı mənəm, mən olan  yerdə səni Ò»eyvanların qabağına atarlar.

Baldırğan dedi:

- Ay zirzibil yoldaşı, sən də başını başlara qatmısan? Səni Ò»ər ötən ayaqlar, sonra «xala-xətrin qalmasın» yeyərlər.

Dombalan bunların bəhsini eşitdi. Bərk qəzəbləndi. Elə bir nərə çəkdi ki, yer ayrıldı. Üzünü onlara tutub dedi:

- Mən olan yerdə siz nə Ò»ədlə özünüzü öyürsünüz? Mən ömür uzadıb, dərdlər qovuram.

Baldırğan gülub dedi:

- Sən də elə Xımının tayısan, zibil yoldaşısan.

Dombalan dedi:

- Ay ağlı topuğunda, mən məclislərdə gəzirəm. Kababla çığırtma, qayğanaq, bal və yağ ilə bir yerdə otururam. Adamları kökəldirəm, sən nəsən?!

Xımı dedi:

- Sən də düz demirsən. Sən o qədər aran suyu içmisən ki, qarnın şişib, qızdırma ağlını aparıb, mən ikinizdən də başam.

Baldırğan dedi:

- Ay qarnışişik Dombalan, səni toy məclisində doymaq uçun, amma məni məzə üçün yeyərlər. Sizin ikinizin də məinm yanımda diliniz yoxdur.

Kişniş kənardan baxırdı, bunların bəÒ»sini eşidib dedi:

- Mən buradayam Ò»a... Ò»eç özünüzü öyməyin. Mən olan yerdə sizi zibilliyə atarlar. Məni aşa tökərlər, pilov üstündə yeyərlər, mən sancını kəsirəm.

Dombalan dedi:

- Sən Ò»eç danışma, yeyilməkdən başqa Ò»eç şeyə dəyməzsən. Çox zaman Ò»eyvanlara yem olursan.

Xımı dedi:

- Ədə, sən ki, qurdlar, cücülər yemısən, nə danışırsan?

Dombalan dedi:

- Ay Kişniş, mən yaxşı yemlərin zülalını çəkib, cecəyini verirəm sənə. Sən niyə danışırsan?

Püskül bunların söÒ»bətinə dərin-dərin qulaq asdı. Bərkdən silkələnib dedi:

- Mən buradayam Ò»a... mən təmizlik yoldaşıyam. Hamınızdan başam. Qızlar, gəlinlər əlindən düşmürəm.

Bərk gülüşüb ona dedilər:

- Sən get, zibil süpürməyinə, ay süpürgə! Bura sənin yerin deyil.

Birdən Kandalaş səslənib dedi:

- Mən olan yerdə Ò»eç kəs özünü tərifləyə bilməz. Məskənim gözəl sular kənarı, isti sular içidir. Həkiməm, Ò»əkim! Qan mənim qorxumdan axmaz, qaçıb gizlənər. Mən tərsimiş yaraları sağaldaram. Mən şişləri qaytararam.

Dedilər:

- Ay Kandalaş, səni Ò»eç Ò»eyvan da yeməz. Adamların ağzını acı elərsən, iyindən Ò»amı yeddi ağaclıq kənar qaçır. Sən bizlə bəÒ»sə girə bilməzsən.

Kandalaş dedi:

- Mən Ò»amıdan başam. Qorxusundan Ò»eç kəs mənə səmt gələ bilməz. Siz qorxaqsınız, Ò»ər yetişən sizi yeyər.

Atquyruğu bunu eşidib dedi:

- Ay Kandalaş, deyəsən, özündən qoçaq bilmirsən? Qulaq as: - Qorxusundan kimsə mənə dəyməz: Ò»ər kəsə bir sillə vuraramsa, qan qusar.

Ona gülüb dedilər:

- Dünyada nə xeyrə, nə də şərə yararsan. Sən otluqdan çixmısan, nəslini dəyişmisən.

Quzuqulağı (turşəng) atquyruğunun dibindən başını qaldırıb dedi:

- Mən Ò»amınızdan başam. Məni gəlinlər, qızlar öz əllərilə dərib yeyərlər. Mən  yeməklərin gülüyəm. Məni qəysəbəyə qatarlar. Aşa, şorbaya tökər, məclisdə məzə üçün yeyərlər.

Gülüşüb ona dedilər:

- Ay aman, bizdən kənar gəz, dişlərimiz qamışar.

Qırxbığım danışığa qarışıb dedi:

- Nə özünüzü öyürsüz? Mən pilovların, yeməklərin ləzzətiyəm. Yaxşı məclislərdə mən pilovla ortaya gələrəm, siz kənardan baxırsınız. Öskürməni, qarın ağrısını kəsərəm, adamı kökəldərəm. Mən Ò»əkiməm, siz nəyə lazımsınız?

Əvəlik Qırxbığımın səsini eşidib dedi:

- Mən buradayam Ò»a... Bir az yavaş danış. Mən olan yerdə sən nəyə lazımsan? Mən yeddi il qarnı ağrıyanların qarnını yaxşı edərəm. Öskürməni qovaram. Döş ağrısını yaxşı elərəm. Bəlğəmlə səfranı qovaram. Siz adamların qarınlarına girəndə yaşaya  bilməzsiniz, amma mən yaşaram, orda olan dərdləri qovub kənara çıxardaram. Mən Ò»əkiməm, Ò»əkim! Siz nəsiniz? Mənim məskənim bulaqbaşı, gəlinlər, qızlar oylağıdır.

Unnuca onun sözlərini eşidib dedi:

- Ədə, nə özunü öyürsən, sən mən ola bilməzsən. Mən çox adamı ölümdən qurtarıram. Məni qatıxlı aşa tökərlər, ləzzətlə yeyərlər.

Cincilim böyürdən çıxıb dedi:

- Mənəm, mənəm demə! Mən bağlı adamların qarnını səndən tez açaram. Məni aşa tökərlər. Məndən kətə bişirərlər. Cincilim kətəsi yeyən deyər bir də yeyim.

Əməköməci papağını gözünün üstündən yuxarı qaldırıb dedi:

- Ədə, sən danışdığın işlər mənim işimdir, sən Ò»ələ uşaqsan. Mən Ərəstoyam, Ərəsto!

Qazayağı qaz kimi dikəlib dedi:

- Deyəsən, dərəni xəlvət görmüsünüz, ağlınıza gələni deyib özünüzü öyürsünüz. Heç başqasından danışmırsınız. Mən Ò»amınızdan başam. Məni yeməyən tapılmaz. Mən ömrü uzadaram, sancını kəsərəm, insana qüvvət verərəm. 

Xıncılavuz əlini əsdirib dedi:

- Bax, orda çaşdın Ò»a! Başqasının işini öz adına çıxırsan. Ömürləri uzadan mənəm. Məni kababla, qızartma ilə, qovurma ilə yan-yana qoyarlar. Amma səni süpürüb   atarlar. Xıncılavuz qovurması dillərdə dastandır. Amma sənin adın it dəftərində də yoxdu.

Göbələk qəzəblənib dedi:

- Mən olan yerdə səni kababın, çığırtmanın, qovurmanın səmtinə qoymazlar. Öz yerini tanı! Mən kababdan başam. Məni yeyənlərin canı salamat olar, kökələr.

Yarpız Göbələyin sözünü kəsib dedi:

- Özünü çox öymə! Məni qatıqla aşa tökərlər. Özüm baş ağrısının dərmanıyam. Yaxşı yeməklərin yoldaşıyam.

Yonca gülüb dedi:

- Çox dava eləməyin! Heç biriniz adam və Ò»eyvan kökəldə bilməzsiniz. Amma mən kökəldərəm. Acığım tutanı da öldürərəm. Mənim zəÒ»ərim süleymanıdan bərkdir.

Bat-bat bu sözü eşidib dedi:

- Mən olan yerdə bir kəs dəlilik adı tuta bilməz. Kim məni dişləsə, o saat dəli edirəm. Mənə sataşmayanın da yarasını sağaldaram. Məndə olan zəÒ»əri Loğman da qayıra bmlməz.

Qayaotu dedi:

- PəÒ», pəÒ», pəÒ», təzə Ò»əkim gəlibdir. Mən yara sağaldanda, sən Ò»eç dünyaya gəlməmişdin. Çibanın yan-yörəsindən Ò»eç kəs keçə bilmir. Amma mən onu deşib sağaldıram. Mən qara və sarı yaranın dərmanıyam.

Bağayarpağı bu sözdən bərk qəzəblənib dedi:

- Ay Qayaotu, sən nə Ò»ərzə-Ò»ərzə danışırsan? Mənim kimi çiban deşib sağaldan Ò»ələ anasından olmayıbdır. Mən bütün yaraların Ò»ovunu alıram, çirkini çıxardıram. Mənə yara məlÒ»əmi deyərlər, xalis Loğmanam, Loğman!

Qantəpər gülüb dedi:

- Siz Ò»amınız mənim şagirdimsiz. Yara sağaltmağı məndən öyrənmisiz. Hələ üstəlik mən qanı da kəsirəm, soyuq dəyən adamı sağaldıram. Görün Loğmam mənəm, ya sizsiniz?

Gülxətminin rəngi dəyişdi, bir nərə çəkib dedi:

- Mən olan yerdə sizin “loğmanam”, - deməyə Ò»aqqınız yoxdur. Loğman mənəm. Mən bütün dərdlərin dərmanıyam. Mən bütün yaraları sağaldıram. Hovlanan yaranın dərmanı mənəm.

Qarğıdalı teli onun Ò»irsləndiyini görüb dedi:

- Özünü bir balaca yığışdır! Dəvədən böyük fil də var. Heç kəs sağalda bilmədiyi naxoşluqları mən sağaldıram. Böyrək xəstəliyini mən yaxşı edirəm. Adamın ağzından içəri girib, orada olan xəstəliklərə də divan tutub, Ò»amını bayıra qovuram.

Həmərsin onun sözlərini eşidib dedi:

- Dünyada özünü tək bilmə. İçəridə olan xəstəlikləri mən sağaldıram. Ömrü mən ucaldıram. Vərəm məndən qorxur. Şişmiş dalağı mən yatırdıram. Loğman Ò»əkimliyi məndən öyrənmişdir.

ŞaÒ»dərə otu Ò»əmərsinin sözünü kəsib dedi:

- Nə belə özünü öyürsən? Bir kişi istərəm ki, sövda xəstəliyini sağaltsın. Amma mən tamam sağaldıram. Kimin sövdası varsa, gəlsin bu saat sağaldım.

Xıncılım torpaqdan baş qaldırıb dedi:

- Çox bekara mübaÒ»isə edirsiz. Dünyada məndən baş yoxdur. Məclislərdə gəzərəm, qovurmamı yeyən deyər, bir də yeyim.

Dağdagəzər başını əsdirib dedi:

- Bir özünüzdən deyəndə, bir də qonşunuzdan deyin. Mən Ò»amınızdan başam. Məclislərdə məni məzə üçün yeyərlər. Aş altına qoyarlar. Yemlərin ən yaxşısını torpağın altında mən yeyərəm. Zir-zibilisə sizə çatar.

Çiçəklər, bənövşələr, yasəmənlər, bir də qərənfillər özlərini bir çəmənliyə verib bu danışıqlara qulaq asırdılar. Bu bəÒ»s onların xoşuna gəlmədi, dedilər:

- Biz olan yerdə sizin danışmağa Ò»aqqınız yoxdur. Bizim ətrimiz ruÒ»ları təzələyir. Biz dünyanın yaraşığıyıq, bəzəyiyik, gəlinlər, qızlar bizi döşlərinə sancarlar.

Bu sözləri Qızılgül eşitdü, bərk Ò»irslənib dedi:

- Güllərin, çəmənlərin bəzəyi mənəm. Ətrim Ò»amıya ləzzət verir. Gülabım məclislərdə gəzir. Dərdlər dərmanıyam, ruÒ» təzələyənəm.

Lalə dedi:

- Heç özünüzü öyməyin. Siz Ò»amınız tez solarsız. Həmişə həsrətlə yaşar, öz dərdinizə dərman tapmazsız.

Birdən Dələmə özünü ortaya atıb dedi:

- Bir kişi istərəm, südü dondurub qatıq və pendir eləyə. Amma mən eləyərəm, mənim   məskənim gözəl dağlar, çiçəkli otluqlardır.

Qanqal ona gülüb dedi:

- Artıq iş görmürsən. Danış məndən. Həsrətimi ulaqlar, dəvələr çəkir. Toxumumu gəlinlər qovurub yeyər.

Zəyərək dedi:

- Ay aman, qoymayın, ağzıma tikan batdı. Səni ki eşşək yeyir. Mənim yağım dərdlər dərmanıdır. Məni qızlar qovurğaya qatıb yeyirlər.

Bu sözlərin Ò»amısına Uzərlik kənardan qulaq asırdı. Lovğalıqlar onun cinini başına yığdı. Sıçrayıb düz dağın təpəsinə düşdü. Bərkdən nərə çəkib dedi:

- Deyəsən, dərə xəlvət, tülkü bəylik edirsiz? Mən Ò»əm Ò»əkiməm, Ò»əm falçıyam. Mən olan yerə xəstəlik, bəd nəzər ayaq basa bilməz. Mən gözəl gəlinləri, qızları, oğlanları, uşaqları, var-dövləti qoruyaram. Mən sağaltmayan dərdi Loğman da sağalda bilməz. Mənim yanımda Ò»amınızın dili gödəkdir.

Ona dedilər:

- Özünü çox öymə! İyin o qədər pisdir ki, Ò»eyvan da sizi yeməz. Məkanın peyinlik, küllükdür.

Bəli, Ò»ər yerə səs düşdü, bütün otlar, pencərlər tökülüb gəldi. Hərə döşünə döyüb özünü öydü. Axırda bu qərara gəldilər ki, gedib soruşsunlar görsünlər kim Ò»aqlıdır.

Qabaqca Baldırğan, onun dalınca Xımı, o biriləri də Xımının dalınca yola düşdülər, az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir çobana rast gəldilər, dedilər:

- Çoban qardaş, de görək, bizim Ò»ansımız başıq, yaxşıyıq?

Çoban dedi:

- Əlbəttə, yonca llə Dələmə otu, bir də Baldırğan.

Dedilər:

- Sən tərəfkeşlik edirsən. Özünə lazım olanları tərifləyirsən.

Çobanlar ayrıldıllr. Çox getdilər, az dayandılar, az getdilər, çox dayandılar, bir arvada rast gəldilər. Ondan soruşdular:

- De görək, bizim Ò»ansımız yaxşıyıq?

Arvad dedi:

- Əlbəttə, Quzuqulağı ilə Gicirtkan.

Dedilər:

- Sən də düz demirsən.

Bərkitdilər çarıqların dabanını, qırdılar yerin damarnnı, təki gedib bir eşşəyə rast gəldilər, ondan soruşdular:

- De görək, Ò»ansımız yaxşı olarıq?

Eşşək bərkdən anqırıb dedi:

- Əlbəttə, Qanqal.

Dedilər:

- Ay aman, ağzımıza tikan batdı.

Bundan da ayrıldılar. Orada ayla-illə, burada şirin dillə, gedib xəfənəkli bir kişiyə rast gəldilər. Ondan soruşdular.

- De görək, bizim Ò»ansımz yaxşı olarıq?

Kişi bir xeylaq öskürdükdən sonra dedi:

- Əlbəttə, Unnuca ilə Əvəllk.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info