Qonaq Kitabı
CAÇCI

Biri vap imiş, biri yox imiş, günlərin bir günü üç qardaş var imiş. Bunların böyüyü gedir papaqçılığa, ortancılı başmaqçılığa, kiçiyi Caçcı da padşaÒ»a nökər olur. PadşaÒ» Caçcının xatirini çox istəyirmiş, yaxşı yedirirmiş, yaxşı geyindirirmiş. Caçcının o biri qardaşları bunu görüb paxıllıqları tutur, deyirlər: - Biz axşama kimi işləyirik, zəÒ»mət çəkirik, Ò»eç Caçcı kimi dolana bilmirik. Nə qayıraq ki, Caçcı ölsün, yeri bizə qalsın.

Fikir-fikir eləyirlər, axırda deyirlər: - Gedək padşaÒ»a deyək ki, küpəgirən qarının sənə layiq qızıl qaşıqları var, onu Caçcıdan başqa Ò»eç kəs gətirə bilməz. Caçcını göndər gətirsin.

Qardaşlar durub gedirlər padşaÒ»ın yanına, deyirlər:

- PadşaÒ» sağ olsun, küpəgirən qarının sənə layiq qızıl qaşıqları var. Onları Caçcıdan başqa Ò»eç kəs gətirə bilməz, göndər getsin gətirsin.

PadşaÒ» Caçcını çağırır, deyir: - Gərək o qaşıqları gedib gətirəsən.

Caçcı padşaÒ»a baş endirib çıxır.

Buncuğaz yola düşür, az gedir, üz gedir, dəpə-təpə düz gedir. Gəlir çıxır qarının evinə. Qarı qızla oturmuş imiş. Caçcını görcək öz-özünə deyir: - Nə yaxşı oldu gəldi, elə bunu kəsib yeyərəm.

Caçcı oturdu. Bir evə göz gəzdirdi, gördü qaşıqlar irəfə düzulüb. Çörək yedilər, yığışdırdılar. Yatanda qarı qızına dedi ki, ağ keçəni öz üstünə sal, qaranı qonağın üstünə, badyanı da qoy, sabaÒ» tezdən durub qoyunları suvarmağa gedəcəyəm.

Qız ağ keçəni öz üstünə saldı, qaranı Caçcının üstünə, badyanı da anasının yanına qoydu. Yıxılıb yatdılar.

Gecənin bir yarısı Caçcı durdu, ağ keçəni göturdü öz üstünə saldı, qaranı da qızın üstünə.

SabaÒ» tezdən qarı qalxdı, qara keçəni götürüb, bıçaqla qızının başını kəsdi, dedi:

- Ay qız, Caçcının ətindən bozbaş as, mən də qoyunları suvarıb gəlirəm.

Qarı getdi. Caçcı durdu, qaşıqları götürüb getdi.

Qarı da qoyunları apardı çayın qırağına, qabı suya basdı, istədi qoyunlara su versin, gördü qabda su yoxdur. İşıqlanana kimi belə elədi, bir də sübÒ» açıldı, qarı baxdı gördü, badya əvəzinə xəlbir gəlib çıxıb. O saat barmağını dişlədi, dedi:

- Yəqin bu, Caçcının işidir.

Durdu qaçdı evə, gördü qızının başını kəsib, qara keçənin altında qızı imiş.

Qarı bir başına vurdu, bir dizinə, yüyürdü Caçcının dalınca. Getdi gördü Caçcı   Tövbələtmə dağını aşıb gedir.Qarı dağı aşa bilməzdi, çıxdı üstə, dedi:

- Ay Caçcı, vay Caçcı, Ò»əlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca.

Caçcı gəlib padşaÒ»a baş endirdi, qaşıqları qabağına qoydu.

Caçcının qardaşları baxdılar gördülər bu yenə gəldi çıxdı, qaldılar yana-yana. Bir gün belə, beş gün belə, axırda yenə fikir-fikir elədilər, dedilər: - Bunu Ò»ara göndərək ki, daÒ»a qayıdıb gələ bilməsin? Dedilər: - Qarının bir tazısı var, yaxşısı budur ki, göndərək onu gətirsin. Bu səfər qarı lap acıqlanıb, elə ki  Caçcını gördü, daÒ»a sağ buraxmayacaq.

Getdilər padşaÒ»ın yanına, dedilər:

- PadşaÒ» sağ olsun, küpəgirən qarının bir tazısı var, sizdən savayı Ò»eç kəsə layiq deyil. Caçcını göndər, onu gətirsin.

PadşaÒ» Caçcını çağırdı dedi.  

Caçcı bir az fikirləşdi, gördü əlac yoxdur. Padşaha baş endirib getdi. Az getdi, çox getdi, getdi çıxdı qarının damının üstünə. Bacadan baxdı, gördü qarı oturub, yağ əridir, tazısı da yanında oturub. Əlini atdı, bir az torpaq götürdü, bacadan aşağı tökdü. Tazı yuxarı baxıb dedi: - Bac-bac-bac.

Qarının acığı tutdu, kəfkiri yağdan çıxarıb tazının başına çırpdı, dedi:

- Dəli olmamısan, köpək oğlunun iti, burada Caçcı nə qayırır?

Tazı acıq eləyib evdən çıxdı. Caçcı onu tutdu apardı.

Qarı bir az gözlədi, gördü it gəlmədi, dedi bəlkə də elə Caçcı burada imiş.

Durdu, ora it, bura it, gördu yoxdu, yüyürdü Tövbələtmə dağına, gördü Caçcı gedir. Dedi:

- Ay Caçcı, vay Caçcı, Ò»əlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca.

Caçcı gəlib padşaÒ»a baş endirib, tazını verdi.

Caçcının qardaşları baxdılar gördülər, bu, yenə gəldi.

Dedilər, biz bunu ölümə göndəririk, qayıdıb gəlir, padşaÒ»ın yanında Ò»örməti daÒ»a da artır. Nə eləyək, nə eləməyək, bu səfər də qarının qumrulu kürsülərinin dalınca göndərək.

Getdilər padşaÒ»ın qulluğuna, dedilər:

- PadşaÒ» sağ olsun, qarının bip dəst qumrulu elə kürsüləri var ki, səndən savayı Ò»eç kəsə layiq deyil. Gərək Caçcını göndərəsən onları gətirsin.

Padşah Caçcını çağırdı yanına, dedi:

- Nə təÒ»ər olsa, gərək o kürsülər mənə gəlsin.

Caçcı bir az fikirləşdi, dedi:

- Mən deyirəm ki, padşaÒ» sağ olsun, ancaq bir iş var ki, gərək mənə bir xeyli pambıq verəsən.

PadşaÒ» pambığı verdi. Caçcı getdi.

Qarı Ò»əmişə qoyunları dama doldurub, qabağına kürsüləri duzərdi, goyunlara da tapşırardı ki, Caçcı gəlsə kürsülərə dəyin, qumruları tərpənsin, mən yuxudan oyanım gəlim.

Caçcı gəldi. Əvvəl yavaşca başladı pambıqları qumruların deşiklərinə doldurmağa. Hamısınıca doldurdu. Sonra çiyninə alıb apardı. Qoyunlar Ò»a qumrulara toxundularsa da, səs çıxmadı.

Caçcı yenə baş endirib kürsüləri padşaÒ»ın qabağına qoydu.

Qarı da ki yenə yüyürdü Tövbələtmə dağına, Ò»aray Ò»araya çatardı ki, Caçcı çıxıb getmişdi.

Qardaşlarını yenə paxıllıq qoymadı ki, düz otursunlar. Yenə fikir-fikir elədilər, dedilər: - Bu səfər Caçcını elə yerə göndərək ki, daÒ»a gəlib çıxmasın. Hara göndərək, Ò»ara göndərək? Dedilər, bu səfər qarının özünün dalınca göndərək.

Getdilər padşaÒ»a baş endirdilər.

PadşaÒ» dedi:

- Nə qulluq?

Dedilər:

- Padşah sağ olsun, küpəgirən qarı belə oyunlar bilir ki, lap sənin məclisinə layiq. Gərək Caçcını göndərəsən, gedib onu gətirsin.

PadşaÒ» Caçcını çağırdı, dedi:

- Nə təÒ»ər olsa gərək gedəsən, kupəgirən qarını bura gətirəsən.

Caçcı bir az fikirləşdi, öz-özünə dedi: - Mən qarının qızının ölməsinə səbəb olmuşam, tazısını gətirmişəm, kürsülərini oğurlamışam. Əlinə düşsəm, ətimi aşıqca eləyəcək, qanımı qaşıqca. Mən onu necə gətirim?..

Fikir-fikir elədi, gördü əlacı yoxdu. Dedi:

- PadşaÒ» sağ olsun, gətirrəm, ancaq ki, mənə bir yapıncı ver, Ò»ər tükündən bir qumru sallansın, bir çuval ver, bir də başı dəmirli bir çomaq.

PadşaÒ» əmr elədi, bir dəqiqədə Ò»amısını Ò»azırladılar. Caçcı geyinib getdi.

Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi qarının evinə çıxdı. Qarıca ocağın qabağında oturmuşdu. Caçcı içəri girən kimi yapıncını silkələdi, qumrular səsləndi. Qarı dedi:

- Sən kimsən?

Dedi:

- Mən Əzrayılam, gəlmişəm sənin canını almağa.

Qarı dedi:

- Di yıxılım yerə, al.

Caçcı dedi:

- Burada olmaz, səni aparıb Tövbələtmə dağında canını alacağam. Dur gir bu çuvala.

Qarının əlacı kəsildi, girdi çuvala. Caçcı çuvalın ağzını bərk-bərk bağlayıb atdı dalına apardı. Tövbələtmə dağına yetişdilər. Qarı dedi:

- Di canımı al.

Caçcı qulaq vermədi, dağı keçdi. Qarı çığır-bağır salanda çuvalı yerə qoyub, «çö!» demisən qarıya bir çomaq, daÒ»a Ò»aray Ò»ara çatardı. Tövbələtmə dağını keçmişdilər.

Caçcı qarını gətirdi padşaÒ»ın qulluğuna, dedi:

- PadşaÒ» sağ olsun, getdim. Amma çuvalın ağzını Ò»ələ açma. Mənə qırx boş otaq ver, sonra çuvalı açarsan.

PadşaÒ» qırx boş otaq verdi, Caçcı bunlarıca bağlayıb, dalda birisinə çəkildi.

Qardaşlar eşitdi ki, Caçcı qarını gətirib, yığıldılar padşaÒ»ın qapısına, çuvalı açdılar. Birdən qarı çıxıb, başladı əlinə düşənləri boğmağa, hamısınıca boğub, gəldi Caçcı olan evin qapısına. Başını əvvəlki otağın qapısına söykəyib dedi:

- Qoç başı, qoyun başı?

Caçcı cavab verdi:

- Qoç başı.

Qarı bir təkan verib qapını açdı, içəri girdi. İkinci qapıya başını söykəyib dedi:

- Qoç başı, qoyun başı?

Caçcı cavab verdi:

- Qoç başı.

Qarı bir təkan vurdu, ikinci qapını da açdı. İçəri girdi... Belə-belə «qoç başı, qoyun başı» dedikcə, Caçcı dedi:

- Qoç başı.

Qarı 39 qapını sındırıb, gəldi Caçcı olan otağın qapısına, dedi:

- Qoç başı, qoyun başı?

Caçcı dedi:

- Qoyun başı.

Qarı qapıya təkan vurduqda başı əzilib yıxıldı. Caçcı qapını açıb çıxdı. Çomağı çəkdi qarını öldürməyə, qarı dedi:

- İndi ki məni öldürürsən, sənə bir şey öyrədim: mənim qanımdan bir damcı aparıb Ò»ər kəsin burnuna damızdırsan, dirilər.

Caçcı qarını öldürdü. Qanından bir damcı aparıb padşaÒ»ın qızının burnuna damızdırdı. Qız o saat asqırıb ayıldı. Caçci dedi ki, Ò»amı ölmüşdü, bircə sənin ürəyin getmişdi, ayıldın.

Qalan adamları Caçcı ayıltmadı. Hamısını yığıb basdırdı. Caçcı padşaÒ»ın qızının kəbinini özünə kəsdirdi. Qırx gün, qırx gecə toy oldu. Caçcı başladı padşaÒ»lıq eləməyə.

Onlar yedilər yerə keçdilər, siz də yeyin dövrə keçin.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info