Qonaq Kitabı
OVÇU PİRİM

Badi-badi giriftar, Ò»amam-Ò»amam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köÒ»nə Ò»amam içində. Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik Kür keçdik, yabaynan doğa içdik. Günlərin bir günündə, Məmməd Həsir tinində, biri varıydı, biri yoxuydu, bir Ovçu Pirim varıydı. Bunun işi-peşəsi sabaÒ»dan axşama kimi dağda-daşda, meşədə ovçuluq eləmək idi.

Yenə bir gün Ovçu Pirim şikara gedirdi. Yolda qabağına bir ceyran çıxdı, tez oxu çilləyə qoyub ceyranı vurdu, gətirib evdə dərisini soyub, ətini şişlərə taxıb kabab bişirmək istədi. Ovçu Pirim elə ki, şişləri odun üstünə qoydu, bir də gördü ki, ətin Ò»ər tikəsi bir ceyran olub başladı qaçmağa. Pirim bu işə lap məəttəl qaldı. Əlləriynən gözlərini ovuşdururdu ki, görsün bu yuxudu, ya gerçək. Gördü ki, yox, balam, elə doğrudu. Aradan bir neçə gün keçmişdi. Ovçu Pirim fikirləşdi ki, çeyranın dərisi çox qəşəngdi, aparım bunu padşaÒ»a bağışlayım. Pirim dərini gətirib padşaÒ»a verdi. Vəzir-vəkil yığılıb gördülər ki, bu elə bir dəridi ki, Ò»eç qiyməti yoxdu. Vəzirin Ovçu Pirimə paxıllığı tutdu. Onun başını batırmaq istədi. Odur ki, dedi:

- Qibleyi-aləm, bu çür gözəl dərini sancmağa gözəl də imarət lazımdı. Özü də fil sümüyündən, o da ki səndə yoxdu, əvvəlcə fil sümüyündən bir imarət tikdir, sonra ceyran dərisini də sal evə.

PadşaÒ» dedi:

- Vəzir, mən bu qədər fil sümüyünü Ò»ardan tapım?

Vəzir dedi:

- Ceyranın dərisini gətirən fil sümüynü də gətirə bilər. Ovçu Pirimi göndər, tapıb gətirsin.

PadşaÒ» o saat Ovçu Pirimi çağırtdırıb əmr elədi ki, yeddi günün müddətinə mənə fil sümüyündən bir imarət tikdirməsən boynunu vurduracağam. Yazıx Pirim kor-peşiman qayıtdı evə. Öz-özünə dedi: «Haqqı olur, mən niyə ceyran dərisini aparırdım ki, padşaÒ» da mənə belə deyəydi. Özüm öz əlimnən başıma bəla açdım». Bir az götür-qoydan sonra bu qərara gəldi ki, baş götürüb bu vilayətdən ilim-ilim itsin. Buxçasına bir az çörək qoyub, oxunu, yayını da əlinə alıb başladı getməyə. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib bir dağın dibinə çatdı. Gördü ki, uzaxda bir qəşəng ağ ilanla bir bədÒ»eybət qara ilan bir-birinə sarmaşıb. Qara ilan ağ ilanı az qalır ki, boğsun. Ovçu Pirimin ağ ilana Ò»əm yazığı gəldi, Ò»əm də qeyrəti götürmədi. Oxu çilləyə qoyub qara ilanı nişan aldı. Amma bədbəxtlikdən ox ağ ilana dəyib, onu bərk yaraladı. Qara ilan qaçdı. Ağ ilanın qışqırığına bütün ilanlar tökülüb gəldilər. Demə ağ ilan ilanlar padşaÒ»ının qızı imiş. Odur ki, padşaÒ» əmr elədi ki, qızımı vuranı yerdə də olsa, göydə də olsa tez tapıb mənim Ò»üzuruma gətirin! Bəli, o saat ilanlar düzü-dünyanı axtarıb Ovçu Pirimi tapdılar. Qabaxlarına salıb, ilanlar padşaÒ»ının imarətinin qapısının ağzınadək qovdular. Ovçu Pirim çox bikef idi. Bu ilanlardan biri yolda Pirimə dedi:

- Ey ovçu, niyə bikef olursan? Öz əməlinin cəzasını çəkirsən.

Pirim dedi:

-Ey ilan, mən ağ ilana yaxşılıq eləmək istəyirdim, gəldi tərsinə çıxdı, ona görə bikefəm.

İlan dedn:

- Pirim qaqa, ilanlar padşaÒ»ı bilsə ki, bu iş sənin namusuna toxunub, onda sənin günaÒ»ından keçər.

Pirim baxdı ki, böyük bir dağın altından yol gedir, getÒ»aget, düz gəlib çıxdı şaÒ» olan yerə. Gördü burda bir caÒ»i-cəlal var ki, Ò»eç deyiləsi deyil. Hər yer qızıldan, gümüşdən, ləli-cəvaÒ»iratdandır. Yuxarıda qızıl taxtın üstündə yekə bir ilan oturub, başında da ləl-cəvaÒ»irdən bir tacı var ki, adam baxanda gözü qamaşır. Demə, bu, ilanlar padşaÒ»ı imiş. Bunun Ò»ər tərəfindən rəngbərəng, irili-xırdalı ilanlar dimdik qalxıb az qalırlar adamı yesinlər, bir xışıltı, fışıltı var ki, gəl görəsən. Ovçu Pirim qorxusundan tərpənə bilmirdi, ayağının altında o qədər ilan var idi ki, sayı-Ò»esabı yox idi.

Ovçu Pirim yaraladığı ağ ilan da qapının yanında durmuşdu. İlan dilə gəlib dedi:

- Ey Ovçu Pirim, mən bilirəm, sən məni qəsdən vurmadın, qara ilanı vurmaq istəyirdin, amma ox mənə dəydi. İndi ilainlar padşaÒ»ıynan danışıb qurtarandan sonra desə ki, məndən nə istəyirsən, onda qorxma, de ki, iki şey istəyirəm, biri, yaşıl

qaşlı üzüyü mənə ver, ikincisi də ağzıma tüpür. Atam nə qədər qəzəblənsə də qorxma, elə o şeyləri istə.

İlanlar padşaÒ»ı başını qaldırıb dedi:

- Ey oğul, sən nə cürətlə mənim qızımı vurubsan?

Ovçu Pirim dedi:

- Ey ilanlar padşaÒ»ı, mən sənin qızını qəsdən vurmadım. Gördüm ki, bir qara ilan onun boynuna sarmaşıb boğmaq istəyir. Namus mənə güc elədi, bu kifirlikdə bədÒ»eybət qara erkək ilan belə göyçək ağ ilanla niyə oynasın. Odur ki, mən o qara ilanı nişan aldım, amma bədbəxtlikdən ox ağ ilana dəydi.

PadşaÒ» bü sözü eişdən kimi dedi:

Ovçu Pirim, mənim qızımın namusunu çəkdiyinə görə səni öldürməyəcəyəm. Əvəzində məndən nə istəyirsən de, verim.

Ovçu Pirim dedi:

- Mənim taqsırım çoxdu, ölmək istəyirəm, padşaÒ» sağ olsun, elə ağzıma tüpür, qoy ölüm gedim, onda mənə yaxşılıq eləmiş olarsan.

PadşaÒ» dedi:

- Ay ovçu, axı mənim tüpürcəyim zəhərlidi.

Sonra padşaÒ» bir ilanı çağırıb dedi:

- Tüpür bu daşın üstünə, ovçu görsün.

İlan daşın üstünə tüpürən kimi daş zəÒ»ərin gücündən parça-parça oldu. PadşaÒ» dedi:

- Ovçu, gördünmü zəÒ»ərin gücünü?

Ovçu Pirim dedi:

- Mən razıyam, tüpür.

PadşaÒ» əlacsız qalıb Ovçu Pirimin ağzına tüpürdü. PadşaÒ» dedi:

- Ovçu, məndən daha nə istəyirsən?

Pirim dedi:

- PadşaÒ» sağ olsun, bir şey də istəyərdim, amma utanıram deməyə:

İlan dedi:

- Utanma, de!

Pirim dedi:

- Qorxuram verməyəsən, and iç ki, anamın südü Ò»aqqı verəcəm, sonra deyim.

İlan gördü ki, Pirim əl çəkmir, odu ki, anasının südünə and içdi.

Pirim dedi:

- Sənin iki üzüyün var, biri yaşıl qaşlı, o biri də sarı. Mən o yaşıl qaşlını istəyirəm.

PadşaÒ» bu sözü eşidən kimi dim-dik ayağa qalxıb gözləri çıxdı kəlləsinə, dili bir qarış çıxdı eşiyə, ağzından köpük daşlandı, qəzəblənib dedi:

- De görüm, sənə kim öyrətdi bu sirri?!

Pirim dedi:

- Heç kim, özüm.

İlan and içmişdi, əlacı kəsildi, götürüb üzüyü verdi. Pirim üzüyü barmağına taxandan sonra dedi:

- Ey padşaÒ», bir üzük nədi ki, onu vermək istəmirdin?

Padşah dedi:

- Pirim, bil, agaÒ» ol ki, mənim tüpürcəyim xalis seÒ»rdir. Kimin ağzına tüpürsəm, o, cəmi quşların, Ò»eyvanların, otların dilin biləcək, bu üzüyü də kim barmağına taxsa, dünyada nə istəsə, o saat yanında Ò»azır olacaq. Bax, ona görə də mən bunu vermək istəmirdim.

Ovçu Pirim padşaÒ»ın yanından çıxan kimi gördü ki, bütün otların, çiçəklərin, ağaçların, Ò»eyvanların, ilanların Ò»amısının dilini bilir. Ovçu Pirimi görən kimi ilanlar yerin deşiyindən başlarını çıxarıb dedilər:

- Ovçu Pirim, burda qırx küp qızıl var, mən onun üstündə yatıb qoruyuram, istəyirsən gedim, gəl qızılları apar.

Pirim ilanların köməyilə yerin altında nə qədər qızıl varıydı, Ò»amısının yerini öyrəndi. Odur ki, bu qızıllardan bir xeyli çıxarıb özüynən apardı. Özü də yol başladı Òºindistana sarı getməyə. Qabağına böyuk bir göl çıxdı, öyrəndi ki, bütün fillər gəlib bu göldən su içib, sonra da çimirlər. Ovçu Pirim ilanlar padşaÒ»ına ismarıc göndərdi ki, mən nə cür eləyim ki, bu filləri öldürüb sümüklərıln aparım. İlanların padşaÒ»ı öz vəzirini köməyə göndərdi. Vəzir dedi:

- Ovçu Pirim, gərək biz bu gölü balnan dolduraq, fillər gəlib gölə girəndə bala batıb qalsınlar orda. Sonra orda bütün ilanlara əmr edərəm fillərin ətini yeyərlər, qalar sümükləri, Ò»ər ilan bir sümük götürər, sabahacan sənə fil sümüyündən bir imarət tikərlər.

Bəli, Ovçu Pirim yolda aldığı qızılları götürüb getdi bazara, nə qədər bal satan vardısa, Ò»amısının pulunu verib yolladı ki, aparıb balı tökərsiniz filan gölə. Bir günün içində gölə o qədər bal tökdülər ki, göl palçığ kimi oldu. Fillər gəlib çimmək istəyəndə Ò»amısı yapışıb qaldılar. İlanlar padşaÒ»ının vəziri əmr elədi bütün dunyadakı ilanların Ò»amısı tökülüb gəldi. Filləri çalıb öldürdülər, ətlərini yeyib, Ò»ərəsi də bir sümük götürdü. SabaÒ»a kimi fil sümüyündən gözəl bir imarət tikdllər.

Ovçu Pirim gördü ki, ev Ò»azırdı, özü də padşaÒ»a verdiyi vəd tamamdı. Tez padşaÒ»ın yanına gəlib dedi:

- PadşaÒ» sağ olsun, fil sümüyündən ev Ò»azırdı.

PadşaÒ» baxıb gördü ki, doğrudan elə bir imarətdi ki, dünyanın Ò»eç bir yerində belə imarət yoxdu. İmarət o qədər Ò»ündürdü ki, dibi yerdən nəm çəkir, başı buluddan. Vəzir Ovçu Pirimin sağ gəldiyini görüb ürəyində bir az da kini artdı. PadşaÒ» təzə evinə köçüb vəzirinə dedi:

- Vəzir, indi mənim çatışmlyan bir şeyim var, yoxsa yox?

Vəzir dedi:

- Qibleyi-aləm, belə bir gözəl evə də bir qız lazımdı ki, o da Çin padşaÒ»ının qızıdı. O qız da bu evdə olsa, onda sənin Ò»ər şeyin yerində olar.

PadşaÒ» qəzədən Ovçu Pirimi çağırıb əmr elədi ki, indi də gərək Çin padşaÒ»ının qızını gedib gətirəsən. Yazıx Pirim əlacsız qalıb qayıtdı evinə. Bir az çörəkdən-zaddan götürüb başladı yol getməyin binasın qoymağa. Az getdi, çox getdi, iynə yarım yol getdi. Yolda qabağına bir kişi çıxdı. Gördü ki, bir zorba adamdı. Elə bil divdi. Hər ayağında bir dəyirman daşı, biri də boğazında. Bu kişi quş kimi cəlddi. Heç elə bil ki, bu dəyirman daşları bunun ayağında deyil.

Ovçu Pirim kişiyə yaxınlaşıb dedi:

- Ay qardaş, bu dəyirman daşlarını niyə ayaxlarına keçiribsən?

Kişi dedi:

- Ay Ovçu Pirim, gəl məni də özünə yoldaş elə, dərdimi sənə söyləyəcəyəm, Ò»əm də sənnən Ò»ara desən gedərəm. Ovçu Pirim razı oldu. Kişi dedi:

- Mən bir padşaÒ»ın pəÒ»ləvanıydım. Özüm də elə bərk qaçırdım ki, dunyada Ò»eç kim mənə çata bilməzdi. Bir gün padşaÒ» məni çağırıb bir kağız verdi ki, gərək bunu   aparıb DərgaÒ» padşaÒ»ın vəzirinə verıb, bir günə qayıdıb gələsən. DərgaÒ» padşaÒ»ın torpağına yeddi günə gucnən getmək olardı. Mən bir günə gedib qayıtdım. Gələndə yolda gördüm ki, arvadım padşaÒ»ın qara quluynan qucaxlaşıb bir ağacın dibində

yatıblar. Qılıncı çəkib qara qulu öldürdüm. Arvadım qaçıb meşədə gizləndi. Başladım arvadımı axtarmağa, düz üç gün axtardım, demə arvad gəlib padşaha xəbər verib ki, sənin pəÒ»ləvanın çoxdan qayıdıb gəlib, amma padşaÒ»ın yanına gəlmək istəmir. Odu ki, padşaÒ» qəzəblənib əmr elədi ki, mənim ayaxlarıma, boynuma dəyirman daşı  keçirsnlər. O gunnən mənim ayaxlarıma, boynuma bu daşları keçiriblər ki, Ò»eç yerə

qaça bilməyim.

Kişi öz dərdini danışıb qurtarandan sonra Ovçu Pirim də öz başına gələnləri danışdı. Gəlib çıxdılar bir çayın qırağına. Ovçu Pirimnən ayaxlarında dəyirman daşı olan kişi meşədən bir ağac qırıb çayın üstünə uzatdılar ki, o tərəfə keçsinlər. Bir də gördülər ki, bir yekə qənətli qarışqa yanında öz qoşunları gəlib Ovçu Pirimə dedi:

- Ovçu Pirim, mən qarışqaların padşaÒ»ıyam. Mənim qoşunlarım çaydan o tərəfə, bu  tərəfə keçəndə suda boğulub ölürdülər. İndi sən bu körpünü düzəltdin, mənim qoşunlarım çaydan raÒ»at keçib gedəcəklər. Biz səndən çox razıyıq. Nə işin varsa de, onu yerinə yetirək.

Qarışqalar padşaÒ»ının buynuzları, qənədi, Ò»əmi də tukləri var idi. Qənədinin ucundan bir azca qopardıb Ovçu Pirimə verdi ki, nə vaxt dara düşsən, bunu oda tutarsan. Onda bütün qarışqalar sənə köməyə gələr. Bəli, bu iki yoldaş genə yol başlıyıb getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərələr keçib dağlar aşdılar, ta ki, gəlib çatdılar Çin padşaÒ»ının torpağına. Gəlib padşaÒ»ın elçi daşının üstündə oturdular. O saat xidmətçilər padşaÒ»a xəbər apardılar ki, bəs iki nəfər elçi daşının üstündə oturub.

PadşaÒ» əmr elədi ki:

- Gedin onları gətirin mənim Ò»üzuruma.

Xidmətçilər gəlib Ovçu Pirimi apardılar padşaÒ»ın yanına.

PadşaÒ» dedi:

- Kimsən? Nəyə gəlibsən?

Ovçu Pirim dedi:

Mən ovçu adamam, gəlmişəm sənin qızını alıb aparam.

PadşaÒ» dedi:

- Mənim üç şərtim var. Əgər onları yerinə yetirsən, qızımı sənə verərəm. Yox, şərtləri yerinə yetirə bilməsən, onda səni öldürtdürəcəyəm.

Ovçu Pirim dedi:

- Mən razıyam, de! PadşaÒ» dedi:

- Birinci şərtim budu ki, 12 çuvalda 12 gilə şeyi bir-birinə qatıb 12 ağaclıq bir yerə səpəsən, özü də bir saatda onların Ò»amısını yığıb ayırd eliyəsən.

İkinci şərtim odu ki, qızım Ò»ər qoluna bir dəyirman daşı taxıb qaçacaq, sən də Ò»ər qoluna bir dəyirman daşı taxıb gərək qızımnan ötüşəsən, onu ötə bilsən, onda qızı sənə verərəm.

Üçüncü şərtim də odu ki, ilanlar padşaÒ»ının oğlunun ağzında oynatdığı yekə ləli gərək mənə gətirəsən.

Ovçu Pirim padşaÒ»ın şərtlərinə razı oldu.

Əvvəl-əvvəl qarışqalar padşaÒ»ının verdiyi qənədi oda tutub bütün qarışqaları yanına yığdı. Bir saatın içində qarışqalar 12 kisə şeyi 12 ağaclıqdan yığıb Ò»amısını ayırd elədilər.

PadşaÒ» gördü ki, Pirim birinci şərti yerilə yetirdi.

Bu dəfə padşaÒ»ın qızı Ò»ər qolunda bir dəyirman daşi çıxdı meydana. Qız doğrudan gözəl idi. Adam üzünə baxmaqdan doymaq bilmirdi. Qələm qaşlı, uzun saçlı, incə belli, şirin dilli, ağ üzlü, qara gözlü, Ò»ündür boylu, pəÒ»ləvan kimi bir qız idi. Ovçu Pirim gördü ki, yox balam, deyəsən, qıznan bacarmayacaq, odu, fənd qurub dedi:

- PadşaÒ» sağ olsun, bu, mənim kiçik qardaşımdı, özü də Ò»əm ayaqlarında, Ò»əm də boynunda dəyirman daşı var. Elə qoy qızın əvvəlcə bunnan ötuşsün, əgər bunu ötə bilsə, onda mənnən ötuşər.

Qız razı oldu. Başladılar ötüşməyə. Ayaqlarında dəyirman daşı olan pəÒ»ləvan qızı ötüb keçdi. Pirim dedi:

-Padşah, sənin qızın mənim kiçik qardaşımı ötə bilmədi, meydana girsəm məni Ò»eç ötə bilməz.

PadşaÒ» Ovçu Pirimin sözünə razı oldu. PadşaÒ»ın üçüncü şərti çox çətin idi. Ovçu Pirim ilanların dilini bilirdi. Odu ki, onları çağırıb kömək istədi. İlanlar padşaÒ»ının vəziri dedi:

- O ləl ki, sənə lazımdı, o, qara ilanlarin padşaÒ»ının oğlundadır. O ilan Ò»əmişə gecələr çıxıb qaranlıqda ləli göyə atıb tutur, ağzında oynadır. Onu tutmaq çox çətindi. Gərək biz gedib dağın dalında gizlənək, gecə qara ilan ləli atıb-tutanda sən oxnan ilanı vur, biz ləli götürək.

Ovçu Pirim ilanlarnan o qədər gözlədi ki, gecə qaranlıq düşdü. Qara ilan dilinin altında gizlətdiyi ləli göyə atıb-tutanda Ovçu Pirim ilanı oxnan vurdu, tez ağ ilanlar ləli gətirib Pirimə verdilər. Elə bu vaxt bir də gördülər bir nərilti, xışıltı gəlir ki, elə bil yep-göy lərzəyə gəlir; Ò»əp tərəfdən qara ilanların qoşunu hücum elədilər. Qırx gün, qırx gecə ilanların davası oldu. Qan su yerinə axırdı. Bu davada qarışqalar da Ovçu Pirimə kömək eləyib, qara ilanların yaralarına girib qanlarını sorurdular. Axırda da gördülər ki, Ò»eç biri bir-birinə bata bilmir. Odu ki, çəkilib Ò»ərə öz yerinə getdi. Ovçu Pirim də ləli aparıb Çin padşaÒ»ına verdi.

PadşaÒ» gördü ki, Pirim bütün şərtləri yerinə yetirdi. Əlacsız qalıb qızını verdi ona. Ovçu Pirim qızı götürüb gəldi öz padşaÒ»ının yanına. Yolda gələndə Ovçu Pirim başına gələn əÒ»valatın Ò»amısını qıza soylədi. Qız dedi:

- Ay  Ovçu Pirim,  məni  ki,  padşaÒ»a aparırsan, mən ona getməyəcəyəm. Gəl onu öldürək, canımız qurtarsın. Sonra sənə gedim.

Ovçu Pirim dedi:

- PadşaÒ»ı necə öldürək?

Qız dedi:

- O sənin işin deyil, mən özüm onu öldürərəm.

Bəli, padşaÒ» gördü ki, Ovçu Pirim qızı gətirib, istədi qıza yaxınlaşa, qız dedi:

- Yol gəlmişəm, yorulmuşam, mənə yeddi gün möÒ»lət ver, sonra evlənək.

PadşaÒ» razı oldu. Qızı aparıb fil sümüyündən tikilmiş evə qoydular. Qız elə Ò»əmən gün xəlvətcə bir kənkan tapıb ev qapısının içində dəri  bir quyu qazdırdı. Üstünü də Ò»əsirnən örtde. Özü də bu qapıdan Ò»eç kimi qoymurdu ki, bura padşahındı. Yeddinci gün padşaÒ» geyinib-keçinib qızın yanına gəldi. Qız qapını açıb padşaÒ»ı həmən qapıdan apardı. Elə padşaÒ» ayağını içəri qoyan kimi guppultuynan getdi quyunun tərkinə. SabaÒ» açıldı, gördülər padşahdan bir xəbər çıxmadı. Axırda vəzir durub girdi qızın yanına ki, bəs padşaÒ» Ò»ardadı? Qız vəziri də Ò»əmin qapıdan qəbul elədi. O da ayağını içəri qoyan kimi gurubbaz getdi düz quyunun dibinə. Qız tez adam göndərib Ovçu Pirimi çağırdı yanına. Ovçu Pirim Çin padşaÒ»ının qızıynan evlənib başladılar kef-damağnan gün keçirməyə.

Ovçu Pirim barmağındakı üzüyə baxıb ürəyindən nə keçirsəydi, o saat o şey qeybdən Ò»azır olurdu. Pirim üzüyə baxıb padşaÒ»ın imarətindən də qəşəng imarət istədi. O saat nəriltiynən-gurultuynan bir saray tikildi ki, dünyada Ò»eç bir padşaÒ»ın belə imarəti yox idi. İçində bir caÒ»i-cəlal var idi ki, baxanda adamın ağlı başındaı çıxırdı, bir-birinin içindən qırx otaq varıydı ki, hamısı qızıl, gümüş, ləl, cəvaÒ»irat, yaqut, zəvərcat, mirvariynən doluydu.

Günlərin bir günü Pirimin köÒ»nə peşəsi genə yadına düşdü, bir ova çıxmaq istədi. Odu ki, arvadına dedi:

- Arvad, ürəyim yaman ova çıxmaq istəyir, bu gün oxu, yayı götürüb meşəyə gedəcəyəm.

Arvad bu sözü eşidən kimi iki ayağını bir başmağa dirəyib elə nıx dedi ki, gərək mən də gedəm. Pirim nə qədər dəlil dəlalət elədi ki, ay arvad, sənin bir uşaq qucağında, biri də qarnında, bu Ò»alnan Ò»ara gedirsən, meşədə sənin nə itin azıb? Arvad əl çəkmədi ki, çəkmədi. Axırda bir at özü mindi, qarnında bir balası, yanında da qulunu olan bir at da arvadına verdi ki, Ò»eç olmasa ağır olsun, yolda yıxılıb eləməsin. Arvad balaca oğlunu da dalına şəlləyib sıçrayıb mindi ata, başladılar yol getməyə. Pirim qabaqda, arvad da dalda gedirdi. Birdən Pirimin atı daldakı ata dedi:

- Ay madyan, niyə geridə qalırsan, gəlib mənə çata bilmirsən ?

Madyan dedi:

- Görmürsənmi bir bala mənim qarnımda, bir gözüm də qalıb qulunda, üstümdə də bir uşaqnan bir arvad, qarnında da bir bala... Bu boyda yüknən sənə necə çatım?

Ovçu Pirim atların bu danışığını eşidib bərkdən güldü. Arvad ərinin güldüyünü görüb dirəndi ki:

- De görüm, nə olub ki, öz-özünə gülürsən?

Pirim istədi sirri açıb desin, bir də gördü ki, atı dayandı, irəi baxıb gördü ki, bir ilan dim-dik qalxıb dedi:

- Ey Ovçu Pirim, sən onu bil ki, bu sirri açsan öləcəksən, nə badə deyəsən!

Pirim bu sözdən sonra arvadına Ò»eç nə demədi. Arvad mindi cin atına ki, sən məni istəmirsən, istəsəydin gülməyinin səbəbini deyərdin. İndi ki, belə oldu, daÒ»a mən səndə oturmayacağam, qayıdıb gedəcəyəm atam evinə.

Arvad acıq eləyib düz qayıtdı evə. Pirim nə qədər elədi arvadı qaytara bilmədi.

Arvad qabaxda, Pirim də dalınca kor-peşman geri qayıdırdılar. Pirim öz-özünə fikirləşirdi ki, mən neyləyim, arvada bu sirri deyimmi, yoxsa yox? Bu Ò»ində Pirim gördü ki, yolda bir xoruz bir toyuğu yanına çağırır, amma toyuq gəlmək istəmir, xoruz bir də çağırdı, toyuq bu dəfə də gəlmədi, başladı qaçmağa. Xoruz Ò»irslənib toyuğun dalınca dedi:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info