Qonaq Kitabı
TAXTA QILINC

Biri vardı, biri yox idi, bir padşaÒ»ın bir oğlu, bir də arvadı var idi. Bir gun padşaÒ» oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır. Xeyli ov elədikdən sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər.

PadşaÒ»ın oğlu Ò»əya etdiyindən, öz çadırını bir kənarda qurur.

Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlardı. Yenə də qalxıb oğlunu yoxlamağa gedir. Gəlib çadıra girdikdə baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmağ üzrədi. Tez padşaÒ» başmağının bir tayını su ilə doldurub, ilanın qabağına qoyur. İlan su içir, qayıdır. PadşaÒ» oğlunu oyadıb deyir:

- İstəkli oğlum! Bir çörəyim övsanata keçdi, qalx, burada yatmaq məsləÒ»ət deyil.

PadşaÒ» əÒ»valatı ona söyləyərək oğlu ilə bərabər öz çadırına qayıdır. Bir az sonra köçüb şəÒ»ərə gedirlər. Bu əÒ»valatdan bir neçə gun sonra nadşaÒ»ın arvadı bərk naxoşluyur. Oğlunu yanına çağırıb, ona belə bir vəsiyyət edir.

- İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacağam, öləcəyəm. Mən öləndən sonra atan gedib başqa arvad alacaq. Təzə aldığı arvad səni yola aparmayacaq. Atan ilə sənin aranda zidlik düşəcək, get-gedə zidlik artacaq. Atan qeyzə gəlib səin öldürmək istəyəcək. Atanı o məqama qoyma! Baş götür bir muddət vilayətindən çıx get! Yolda Ò»ər kəs ki sənlə yoldaş oldu, çörək yeyəndə sən öz çörəyini ortaya qoy! HərgaÒ» yoldaşın çörəyin çox Ò»issəsini sənin qabağına qoysa, onunla yoldaş ol, yox, qabağına qoymasa, onda ondan ayrıl! Bir də yoldaşınla bir çayın kənarına yetişsən, sən ona təklif elə ki, gəl dalıma min, səni sudan keçirim. Əgər o səni dalına alıb sudan keçirtsə, onda onunla yoldaş ol, yox, sənin dalına minsə, oiunla yoldaş olma, tez ondan ayrıl!

Bu sözləri söyləyib, ana vəsiyyətlərini tamam eyləyir. Oğlu ağlayıb ayağa qalxır, anasının əlindən öpub otaqlan çıxır.

Bir neçə gün sonra padşaÒ»ın arvadı ölür, bir muddətdən sonra padşaÒ» gedib bir arvad alır. Bu təzə arvad nanəcib olduğundan oğlanı yola verməyib Ò»ər nə ilə mümkündüsə, atası ilə onun arasına zidlik salmağa çalışır. Odur ki, şaÒ»zadə anasının vəsiyyətinə əməl edib baş goturür, atasının vilayətindən çıxıb gedir.

Eşit, sənə deyim şaÒ»zadədən.

ŞaÒ»zadə yolda Ò»əmin çadır qurduqları yerdə bir cavan oğlana rast gəlir. Oğlan ondan Ò»araya getdiyini soruşur. ŞaÒ»zadə:

- Başqa bir vilayətə, - deyə cavab verir.

- Mənim adım Taxta Qılıncdı. Məni özünlə bərabər götür, - deyib cavan oğlan şaÒ»zadədən rica eləyir. Xülasə, yoldaş olurlar. Bir qədər yol gedəndən sonra, bir yerdə oturub çörək yemək istəyirlər. ŞaÒ»zadə bir çörək çıxardıb ortaya qoyur. Oğlan çörəyi kəsib çox Ò»issəsini şaÒ»zadənin, az Ò»issəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət elədiyi kimi yoldaşlığa layiq bir oğlandı. Çörək yeyib yola düşürlər. Yolda bir çaya yetişirlər. ŞaÒ»zadə ona təklif edir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan razı olımayıb, şaÒ»zadəni dalına alıb sudan keçirir. Bir müddət keçəndən sonra bir şəÒ»ərə yetişirlər, burda ev tutub mənzil eləyirlər. Ertəsi gün oğlan padşaÒ»ın oğluna deyir ki:

- Qardaş, sən evdə otur, mən gedim qazanım gətirim, bərabər yeyək!

Oğlan gedib gündə qazanıb gətirirdi, baÒ»əm yeyirdilər.

Bir gün belə, beş gün belə, axırda padşaÒ»ın oğlu fikir eləyir ki, nə vaxta kimi bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar evdə oturacağam. Mənim də iş görməyim lazımdı. Bu fikir ilə başmağın geyib, evdən kənara çıxır,  küçələri dolanır, bir vaxt baxıb görür ki, Ò»ündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb ona aşiq olur. Demə, bu imarət padşaÒ»ınkı, qız da padşaÒ»ın qızı imiş. PadşaÒ»ın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir, yoldaşı gəlir. Oğlan baxıb görür ki, şaÒ»zadə çox bikefdi. Bundan səbəbini xəbər alır. ŞaÒ»zadə əÒ»valatı ona danışır. Oğlan gülüb deyir:

- Elə bundan ötəri bikef olmusan? Bu ki asan işdi. Yaxın bir vaxta o qızı sənə alaram.

SabaÒ»ısı gün oğlan gedib elçi daşının üstündə oturur. PadşaÒ»a xəbər gedir ki, elçi gəlib. həmin saat adam göndərirlər ki, gedin görün, sözü nədi. Oğlan cavab verir ki:

- PadşaÒ»ın qızın qardaşım üçün istəyirəm.

PadşaÒ» xəbər verir ki, mənim imarətim kimi bir imarət tikdirsə, qızımı verərəm. Oğlan qəbul eləyir. Ertəsi gün xalq yuxudan oyananda baxıb görür ki, padşaÒ»ın evinin qabağında bir ev tikilib ki, padşaÒ»ın evindən min dəfə artıq. Oğlan padşaÒ»a xəbər göndərir ki, ev Ò»azırdı. PadşaÒ»ın deyəcək sözü olmayıb qızı verir. Toy olur, şaÒ»zadə qızın yanına getmək istəyəndə oğlan deyir:

- Qardaş, Ò»ələ dayan, qoy qabaqca mən gedim gəlim, sonra sən get!

ŞaÒ»zadə qəbul eləyir. Oğlan qızın yanına gəlib onun ağzından üfürür. Həmin saat qızın ağzından bir-birinin ardınca on bir ilan çıxır. Hər birisi çıxdıqca istəyir ki, oğlanı vursun. Amma oğlan zirəklik edib, bir-bir on birini də öldürur. Sonra qulağını qızın ağzına qoyub görür ki, bir ilan da qalıb. Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir.

Demə ki, bundan qabaq qızı kimə verirlərmiş, əvvəlinci kecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Bununla qızı bir neçə ərə veriblər, ilanlar öldürüb. Odu ki, padşaÒ» yəqin edibmiş ki, bu oğlan sabaÒ» salamat çıxmayacaq.

Ertəsi gün sübÒ» tezdən padşaÒ» bir adam göndərir ki, oğlandan xəbər gətirsin. Gəlib görürlər ki, oğlan sağ-salamat oturub qız ilə söÒ»bət edir. Bu xəbəri padşaÒ»a aparanda padşaÒ» əmr eləyir ki, camaat uç gün şadlıq eləsin.

Xülasə, bir müddət burada qaldıqdan sonra şahzadə öz vilayətinə qayıtmaq fikrinə düşür. PadşaÒ»dan rüsxət istəyir, çox təkiddən sonra padşaÒ» izn verir. PadşaÒ» bunlara çoxlu mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr eləyir ki, üç mənzil bunları ötürsünlər.

Müxtəsər, şaÒ»zadə oğlanla əvvəl görüşdükləri yerə gəlirlər. Burada oğlan şaÒ»zadəyə deyir:

- Qardaş, tay  ayrılmalıyıq. Bu mal-dövləti də, qızı da baÒ»əm qardaşlıqda gərək yarı bölək!

ŞaÒ»zadə razı olur. Hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padşaÒ»ın qızı qalır. Oğlan deyir:

- Bunları da yarı bölməliyik.

Qılıncını çəkib əvvəl dəvəni, sonra qatırı ortadan yarı bölür. Növbə qıza gəldikdə, şaÒ»zadə nə qədər yalvarırsa qızı bölməsin, oğlan razı olmur. Axırda şaÒ»zadə təklif eləyir ki, cəmi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmur. Sonra şaÒ»zadə təklif eləyir ki, qızı butöv götürsün, yenə də oğlan razı olmur, götürüb bir aqaca sarıyıb, qılıncı çəkib qaldırır, istəyir ki, qızın başın üzsün. Qız qorxusundan qusur, ağzından axırıncı ilan düşür. Bundan sonra oğlan qılıncı yerə qoyub şaÒ»zadəyə deyir:

- Mənə mal, dövlət, qız lazım deyil. Məqsədim Ò»əmin ilanı qızın ağzından çıxartmaq idi. Bu çıxmasaydı, bir gün çıxıb səni Ò»əlak edəcəkdi. İndi bu malı, dövləti, qızı götürüb atanın yanına get! Bir də məlumun olsun ki, mən insan deyiləm. Mən Ò»əmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında mənə su vermişdi. İndi mən yaxşılığın borcundan çıxdım. XudaÒ»afiz!

Bunu deyib oğlan bir ilan olub, bir deşiyə girib gözdən itir. Bundan sonra şaÒ»zadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxır, onları cəlalla şəÒ»ərə gətirir. Təzədən toy başlanır. Onlar yeyib, içib yerə keçir, biz də yeyib, içək dövrə köçək! Göydən üç alma düşdü, biri mənin, biri nağıl deyənin, biri də qulaq asanın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info