Qonaq Kitabı
TAPMACALAR

Ağ atımı nalladım.

İstanbula yolladım. (Məktub)

 

Ağa nə Ò»imdir,

Gözləri cindir.

Yerin altında,

Xidmətçi kimdir? (Siçan)

 

Ağac başında al yanaqlı yumru qız. (Alma)

 

Ağac başında ağca yumaq. (Qar)

 

Ağac başında boğça,

Nə boğçadır, nə taxça. (Quş yuvası)

 

Ağac başında qırmızı yumurta. (Zoğal)

 

Aqac başında qora,

Bilmədim düşdüm tora,

Hər kəs bunu tapmasa,

Sorğusuz getsin gora. (BöÒ»tan)

 

Ağac başında düzülər,

Əl vursan qanı süzülər. (Xar tut)

 

Ağac başında sarı yumaq,

Üstünə səpilib ağ sumaq. (Heyva)

 

Ağacda var bağırsaq,

Yel babanı çağırsaq,

Ağzın açıb ney çalar. (Kaman)

 

Ağacda yaqut tana. (Gilas)

 

Ağacdan yuvası var,

Daşdan yumurtası var. (Tərəzi)

 

Ağacım var dəvədən böyük,

Meyvəsi var sərçədən kiçik,

Qabığı var zəÒ»ərdən acı. (Qoz)

 

Ağaclardan seçilir,

Ayda bir don biçilir.

Bircə il səpiləndə

Yeddicə il biçilir. (Yonca)

 

Ağ qul qapıları gəzər. (Nərdivan)

 

Ağzı aşağı tökülməz,

Qırağı çəpər, sökülməz. (Göz)

 

Ağzı Ò»innicə,

Burnu əyricə,

Hara gedirsən

Bu yarı gecə. (Qaban)

 

Ağ yerə toxum səpərlər. (Yazı)

 

Ağ kövşəndə yer şumlayıram. (Ağ kağıza yazı yazmaq)

 

Ağ göl qırağı düzdü,

Sayı əllidir, yüzdür,

ŞaÒ» küsdü, oba köçdü,

Əlin bağçadan üzdü. (Arı)

 

Ağ otun alasına,

Gün düşdü talasına,

Elə də quş olarmı,

Yem verməz balasına? (Çəyirtkə)

 

Ağ sandığım açıldı,

İçindən nur saçıldı. (SübÒ»ün açılması)

 

Ağ tas, qızıl tas,

Birini götür,

Birini as. (Ay, Gün)

 

Aq çala, qara toxum,

Əlim ilə əkərəm,

Dilim ilə bicərəm. (Yazıb-oxumaq)

 

Ağca qoyundan,

Qara süd sağdım. (Tut doşabı)

 

Ağca motal, ağzı yox,

Tikişi yox, qatı yox. (Yumurta)

 

Ağca təpə,

Başı küpə,

Nə küpədi,

Nə də təpə. (Plov)

 

Adam deyil, Ò»ey qaçır,

Ayna deyil, nur saçır. (Çay)

 

Adam deyil Ò»ey qaçır,

Meşə deyil səs salır. (Çay)

 

Adı var, özü yox. (Söz)

 

Ayağı beldən uca,

Hoppanır uca-uca.

Ziyan verər əkinə,

Deyin görək adı nə? (Çəyirtkə)

 

Ayağı var qaçmayır,

Qanadı var uçmayır. (Xərçəng)

 

Ay ilə gələr,

Gün ilə gedər,

Yüz ilə gələr,

Min ilə gedər. (Yol, ulduz).

 

Ay gedir adam ilə,

Bir xonça badam ilə,

Nə dili var, nə ağzı,

Danışır adam ilə. (Kitab)

 

Ay nənə, bizə yağ göndər,

İnəkləri sağ, göndər.

Çalxanmamış nəÒ»rədən,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info